Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Maliyyəyə çıxışla bağlı qadın sahibkarlar üçün təlim keçirilib 07.02.26
Maliyyəyə çıxışla bağlı qadın sahibkarlar üçün təlim keçirilib

Təlimdə dövlətin güzəştli krediti, avadanlığın girov qoyulması yolu ilə kredit, banklardan manatla alınan kreditlərə təminat və həmin kreditlərə hesablanmış faizlərin subsidiyalaşdırılması kimi maliyyə alətləri barədə məlumat verilib. 

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Mərkəzi Bankın birgə təşəbbüsü ilə “Bakı KOB evi”ndə qadın sahibkarların maliyyə əlçatanlığının artırılması məqsədilə “Güzəştli maliyyə mənbələrinə çıxış” mövzusunda təlim təşkil olunub.


Təlimdə Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) və İpoteka və Kredit Zəmanəti Fondunun (İKZF) nümayəndələri təqdimatlarla çıxış edərək, sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulan maliyyə alətləri, onların çatdırılma kanalları, güzəştlərin əldə olunması üçün sahibkarlıq subyektlərinə dair tələb və meyarlar, müraciət prosedurları barədə qadın sahibkarları məlumatlandırıblar. Qeyd edilib ki, sahibkarlar ABİF-in güzəştli kreditləri (illik faiz dərəcəsi 5%-dək), avadanlığın girov qoyulması yolu ilə kredit (illik faiz dərəcəsi 9%-dək), kredit zəmanəti və faiz subsidiyası (illik faiz dərəcəsi 15%-dək) və s. kimi maliyyə məhsullarından istifadə edə bilərlər. Fondun kredit vəsaiti ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq müəyyən edilmiş prioritet sahələrə, xüsusilə qeyri-neft sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi və ixrac əməliyyatları üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir. İKZF sahibkarların banklardan manatla aldıqları kreditlərə təminat verilməsi və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verilməsi vasitəsilə sahibkarlığın inkişafına dəstək göstərir. Sahibkarlar bu maliyyə alətlərindən istifadə etmək üçün müvəkkil kredit təşkilatlarına, ətraflı məlumat üçün isə KOBİA, ABİF və İKZF-ə müraciət edə bilərlər. 

Powered by Froala Editor