Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Məkkə Halal Forumu keçiriləcək 16.01.26
Məkkə Halal Forumu keçiriləcək

14–16 fevral 2026-cı il tarixində Səudiyyə Ərəbistanının Məkkə şəhərində 3-cü Məkkə Halal Forumu keçiriləcək. Səudiyyə Ərəbistanı Krallığının Ticarət Nazirliyinin himayəsi altında keçiriləcək və dünyanın müxtəlif ölkələrindən iştirakçıların bir araya gələcəyi tədbir qlobal halal bazarın inkişafını dəstəkləmək və beynəlxalq əməkdaşlıqları gücləndirmək məqsədi daşıyır. “Halal – Peşəkar Sənaye” mövzusuna həsr olunacaq forum halal qida, içkilər, əczaçılıq, kosmetika, moda, yüngül sənaye, turizm, islam maliyyəsi, rəqəmsal xidmətlər sahələrində qabaqcıl təcrübə mübadiləsi və innovativ yanaşmaların təqdim olunacağı platformadır.

Forum biznes görüşlər, “Ticarət Palataları və Halal Sektorunun Qlobal İnkişafı” mövzusunda dəyirmi masa, startaplar və innovativ biznes modelləri zonası, praktiki bilik və bacarıqlar üzrə seminar, halal sertifikasiyası üzrə ilkin qiymətləndirməyə dair ekspert güşəsi, canlı aşpaz şouları kimi proqram və zonalarından ibarət olacaq.

Qeyd edək ki, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşəbbüsü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə forumun sərgi hissəsində Azərbaycan pavilyonu qurulacaq. Bu pavilyon yerli sahibkarlar üçün ixrac imkanlarının genişləndirilməsi, Səudiyyə bazarına çıxış, eləcə də investorlar və distribütorlarla birbaşa əlaqələrin qurulması baxımından mühüm imkan yaradır. 

Azərbaycan sahibkarları forumda iştiraka və sərgidə məhsullarını təqdim etməyə dəvət olunurlar. 

Forum barədə ətraflı məlumat və qeydiyyat üçün: (+994 12) 465 76 92 (daxili 117) sbayramov@ask.org.az, ASK-nın Sahibkarlarla iş və iqtisadi təhlil şöbəsinin müdiri Seymur Bayramov. 

Powered by Froala Editor