Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
Məkkədə Azərbaycan pavilyonu maraqla qarşılanıb 28.02.25
Məkkədə Azərbaycan pavilyonu maraqla qarşılanıb

Ölkə stendimizdə Azərbaycanın kənd təsərrüfatı, turizm, sənaye məhsulları və xidmətlər xarici qonaqlara təqdim edilib, ölkəmizin biznes və investisiya imkanları barədə məlumat verilib. 

Fevralın 25-27-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində "2-ci Məkkə Halal Forumu" keçirilib. Üç gün davam edən Foruma dünyanın müxtəlif ölkələrindən müvafiq dövlət qurumlarının nümayəndələri, halal sənayesini təmsil edən iş adamları, ekspertlər qatılıblar. Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və yerli şirkətlər də iştirak ediblər. 

Forum çərçivəsində sərgi də təşkil olunub. Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı, AZPROMO-nun dəstəyi və KOBİA-nın tərəfdaşlığı ilə sərgidə Azərbaycan pavilyonu qurulub. Burada Azərbaycanın kənd təsərrüfatı, sənaye, turizm və xidmət sektorlarını təmsil edən 15 stend fəaliyyət göstərib. Azərbaycan pavilyonu sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb. Azərbaycan məhsulları, milli mətbəx nümunələrimiz ilə tanış olan xarici qonaqlara ölkəmizdə biznes və investisiya imkanları barədə məlumat verilib. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının Ticarət Nazirliyinin himayəsi altında keçirilən “Məkkə Halal Forumu” artıq ikinci ildir keçirilir. Forum qlobal halal bazarın inkişafını dəstəkləmək və bu sahədə əməkdaşlığı genişləndirmək məqsədi ilə təşkil olunur. Forum çərçivəsində dəyirmi masa və müzakirələr, “B2B” görüşlər və s. tədbirlər də keçirilib. 2024-cü ildə keçirilmiş “Məkkə Halal Forumu”na Azərbaycan da daxil olmaqla, 120-dən çox ölkədən 180-dən artıq şirkət və 6 mindən çox iştirakçı qatılıb. 

Powered by Froala Editor