Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA heyəti Slovakiyada biznes əməkdaşlığının genişləndirilməsi istiqamətində görüşlər keçirib İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb
Menecment sahəsində beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarlıq subyektlərinin nəzərinə! 11.02.22
Menecment sahəsində beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarlıq subyektlərinin nəzərinə!

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2022-2023-cü illərdə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və müvafiq tədris mərkəzlərinin təşkilatçılığı ilə keçiriləcək “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər üçün

 

MÜSABİQƏ ELAN EDİR


Mövzu: İqtisadi kooperasiya

 

Proqramın dili: İngilis dili

 

Xərclərin qarşılanması: İxtisasartırma kursunun xərcləri Almaniya tərəfindən qarşılanır

 

Proqram çərçivəsində nəzərdə tutulur:

  • Rəqəmsal və əyani tədris metodlarının tətbiqi ilə təlimlər
  • Almaniyada 2 həftəlik təlim proqramı
  • Qabaqcıl Almaniya şirkətlərinin təcrübəsi ilə tanışlıq
  • İşgüzar əlaqələrin qurulması
  • Proqramın 21 tərəfdaş ölkəsindən 15000-dən çox məzunu olan beynəlxalq biznes cəmiyyətinə qoşulma imkanı  

Proqramın mərhələləri:

  • Hazırlıq mərhələsi (2 həftə virtual)
  • Tədris mərhələsi (6 həftə Azərbaycanda virtual, 2 həftə Almaniyada əyani)
  • Tətbiq mərhələsi (6-8 ay)

Namizədlər üçün tələblər:

  • Ali təhsil (bakalavr və ya magistr dərəcəsi)
  • Menecment sahəsində ən az 1 il iş təcrübəsi
  • Yaşı 45-dən çox olmamalı
  • Yaxşı səviyyədə ingilis dili
  • Yüksək ünsiyyət və təqdimetmə bacarıqları

 

Müsabiqənin keçirilməsi:

Müvafiq tələblərə cavab verən namizədlərlə GİZ-in mütəxəssislərinin iştirakı ilə onlayn müsabiqə keçiriləcək. 


Müraciət qaydaları: 

Proqramda iştirak etmək istəyən namizədlərdən aşağıda qeyd olunan sənədləri ingilis dilində və elektron qaydada Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin training@smb.gov.az e-mail ünvanına (mövzu yerinə "Almaniyada ixtisasartırma kursu" yazmaqla) göndərmələri xahiş olunur:

 

  • müraciət forması (Application Form);
  • Proqramda iştiraka razılığa dair əməkdaşın vəzifəsi qeyd edilməklə iş yerindən rəhbər şəxs tərəfindən təsdiq edilmiş arayış.

 

Ətraflı məlumat üçün: 

(012) 404 04 01 / (055) 200 04 57, training@smb.gov.az (Məlahət Kazımova).

 

Qeyd: Proqram Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən birgə həyata keçirilir.

 

Powered by Froala Editor