Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar layihələrin maliyyələşdirilməsi qaydası təsdiq edilib 03.10.20
Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar layihələrin maliyyələşdirilməsi qaydası təsdiq edilib

Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası” təsdiq edilib.

Bu sənəd ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, habelə maliyyələşdirmənin həyata keçirilməsi üzrə müsabiqələrin təşkili və keçirilməsi qaydasını müəyyən edir.

Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar layihələrin maliyyələşdirilməsi “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qaydaya uyğun olaraq təhsil, elm, tədqiqat və dəstək layihələri üzrə müsabiqələrin təşkili yolu ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçiriləcək.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (KOB subyektlərinə) aid olan istənilən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müsabiqədə iştirak etmək hüququna malikdir. Müsabiqənin keçirilməsi barədə elan və onun nəticələri haqqında məlumatlar mütəmadi olaraq KOBİA-nın www.smb.gov.az rəsmi internet saytında yerləşdiriləcək, o cümlədən bu barədə kütləvi informasiya vasitələri ilə ictimaiyyət məlumatlandırılacaq.

Müsabiqəyə təqdim olunmuş layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Hər bir layihə üzrə maliyyələşdirmə məbləğinin dəyəri 20 min manatadək müəyyən edilib. Layihələrin müsabiqə yolu ilə seçilməsi KOBİA tərəfindən şəffaflıq, bərabərlik, səmərəlilik və nəticəlilik meyarlarının üstünlüyü prinsiplərinə riayət olunmaqla həyata keçiriləcək.

Bu Qaydaya uyğun olaraq, KOB-ların inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ölkəmizdə KOB-ların inkişafına müsbət təsir göstərməklə, bu sahədə yeni mexanizmlərin və innovativ layihələrin həyata keçirilməsi, startap layihələrinin dəstəklənməsi, KOB-ların təlim, seminar, məsləhət, informasiya, beynəlxalq mübadilə proqramlarında iştirakı, bilik və bacarıqlarının artırılması, KOB sahəsində elmi biliklərin tətbiqi, sahibkarların fəaliyyətinə, iş proseslərinə təsir edən ixtira, faydalı model, texnoloji yenilik və sənaye nümunələrinin elmi cəhətdən öyrənilməsi və araşdırılması, bu istiqamətdə təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olacaqdır.

Qayda ilə daha ətraflı https://bit.ly/30LhYN9 keçidinə daxil olmaqla tanış olmaq olar.

Powered by Froala Editor