Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Ruanda nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub “İnvestisiya səyahəti” tədbiri bu dəfə Masallıda 2024-cü ilin ən fəal sahibkarları mükafatlandırılıb KOBİA-da vətəndaş qəbulu keçirilib Göyçayda keçirilmiş "KOB FEST" sərgi-satış yarmarkası KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 6-cı qrant müsabiqəsinin nəticələri açıqlanıb KOB-ların yaşıl keçidinə dair KOBİA və Asiya İnkişaf Bankı arasında Memorandum imzalanıb “Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması” layihəsi çərçivəsində biznes forum keçirilib Rəqəmsallaşmaya töhfə verən yeni startaplar Sayca 9-cu “KOB Fest” sərgi-satış yarmarkası Göyçayda keçirilir
Mikro sahibkardan maraqlı layihə: Kirayə prosesində baş verən xoşagəlməz halların qarşısını alacaq 15.02.24
Mikro sahibkardan maraqlı layihə: Kirayə prosesində baş verən xoşagəlməz halların qarşısını alacaq

2020-ci ildə yaranan “Allrent” MMC Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sahibkarlara vergi güzəştləri verən “Startap” şəhadətnaməsini 2023-cü ildə alıb. “Allrent” adlanan layihənin icrasına isə ötən ilin aprel-may aylarından başlanılıb. Hazırda sözügedən layihə “MVP test” (A Minimum Viable Product- red.) versiyadır. Hazırda yeni versiya üzərində işləyirik və cari ilin may ayının sonunda fəaliyyətə başlayacağıq.

Bu barədə AZƏRTAC-a “Allrent” MMC-nin rəhbəri Ceyhun Aslanov bildirib.

C.Aslanov rəhbərlik etdiyi şirkətin bir neçə otellə, 6 rayonda 200-dək mənzillə, həmçinin turizm şirkətləri ilə sıx əməkdaşlıq əlaqələri qurduğunu deyib.

“İnformasiya Texnologiyaları sahəsində digər startap layihələrində də iştirak edirik. Şirkət daha çox turizm fəaliyyəti və gündəlik istirahət mərkəzləri üzrə ixtisaslaşıb. “Allrent” layihəsi gündəlik mənzil axtarışı və istirahət məqsədilə rayonlara üz tutan insanlara, o cümlədən yerli və xarici vətəndaşlara xidmət göstərir. Xarici vətəndaşlar arasında ABŞ, Avropa və ərəb ölkələrindən gələnlər üstünlük təşkil edir”, - deyə şirkətin rəhbəri vurğulayıb.

Qəbələdə 4 otellə əməkdaşlıq etdiyini deyən C.Aslanov hazırda KOBİA ilə əməkdaşlıq çərçivəsində Gəncədə, Göygöl ərazisində ekoturizmlə bağlı mənzillərin rezervasiyası və kirayəsinin yaxın aylarda şirkətin platforması üzərindən yerləşdiriləcəyini qeyd edib. Onun sözlərinə görə, şirkət mənzil sahibləri ilə birbaşa əməkdaşlıq edir. Bu baxımdan, mənzillərin ən münasib qiymətlərini şirkətin platformasında görmək mümkündür. Müştəri mənzili onlayn rezervasiya etdikdən sonra bütün məlumatları bir səhifədə görmə imkanı var. O, evin şəraiti ilə tanış olur, eyni zamanda, mənzilin kirayə qaydaları ilə yanaşı, mənzilin xəritədə yeri barədə məlumat alır.

MMC rəhbəri qeyd edib ki, müştəri ilə mənzil sahibi bir-biri ilə platforma üzərindən əlaqə saxlaya biləcək.

“Ödəniş təhlükəsiz şəraitdə mənzil sahibi tərəfindən platforma üzərindən alınır. Müştəri çox rahat şəkildə platforma üzərindən 5-10 dəqiqə sərf etməklə mənzili rezervasiya edə bilər. Hansı ki, sosial şəbəkələrdə bu proseslər ödənişin edilməsi baxımından heç də şəffaf olmur və ən azı 3 gün vaxt aparır. Biz yalnız mənzil sahiblərinə kirayə xidmətləri göstərmirik, həmçinin mənzillərin ödənişlərinin daha rahat alınması üçün həllər də təklif edirik. Əsas məqsədlərdən biri də platforma vasitəsilə gündəlik kirayə bazarında olan fırıldaqçılıq problemlərini minimuma endirmək, kirayə bazarında olan qeyri-stabil qiymətlərin tənzimlənməsini həyata keçirmək, mənzil sahiblərinin maklerlərdən asılılığını ləğv etmək və müştərilər üçün kirayə prosesində baş verən bütün xoşagəlməz halların qarşısını almaqdır”, - deyə Ceyhun Aslanov əlavə edib.

Powered by Froala Editor