Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Minifutbol turniri başa çatıb 09.02.26
Minifutbol turniri başa çatıb

Sahibkarlardan və dövlət qurumlarının əməkdaşlarından ibarət 32 komandanın iştirakı ilə 23 noyabr 2025-ci il tarixində start götürən ənənəvi “Marsol Minifutbol Turniri 2025” uğurla yekunlaşıb.

Fevralın 6-da keçirilən final mərhələsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “KOBİA” komandası “Global Logistics” üzərində 4:1 hesablı qələbə qazanaraq turnirin qalibi olub. “Global Logistics” komandası ikinci yerə layiq görülüb. Üçüncü yer uğrunda keçirilən qarşılaşmada isə “SOCAR GİPRO” komandası “Birbank” üzərində 3:2 hesablı qələbə qazanaraq bürünc medallara sahib çıxıb.

Turnirin yekununda qalib və mükafatçılara kubok, medal və müxtəlif hədiyyələr təqdim olunub. 

Turnirin tərəfdaşları KOBİA, "Marsol Group", İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyası, təşkilatçısı "QOLAT Sport Services", baş sponsoru Şəki Peşəkar Futbol Klubu, sponsoru "Modern Hospital", promo tərəfdaşı isə "Moon Group" olub.

Powered by Froala Editor