Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Moldovaya səfər çərçivəsində KOBİA bir sıra görüşlər keçirib 24.05.23
Moldovaya səfər çərçivəsində KOBİA bir sıra görüşlər keçirib

KOBİA və Moldovanın müvafiq qurumları arasında keçirilmiş görüşlərdə KOB sahəsində əməkdaşlıq perspektivləri, birgə təşəbbüslər və təcrübə mübadiləsi məsələləri müzakirə edilib.  

Moldova Respublikasına səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Kişinyovda Moldovanın müvafiq qurumları ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycan Respublikasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov da iştirak edib.

Moldovanın İqtisadi İnkişaf və Rəqəmsallaşma Nazirliyinin dövlət katibi Viorel Qaraz ilə görüşdə ölkəmizdə KOB-ların inkişafı siyasəti, dəstək mexanizmləri və KOBİA-nın fəaliyyəti barədə məlumat verilib. Agentliyin KOB sahəsində ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsinə və ölkəmizdə tətbiqinə xüsusi önəm verdiyi diqqətə çatdırılıb, Moldovanın KOB-ların inkişafına yönəlmiş dəstək siyasətinin öyrənilməsinə maraq ifadə edilib. Qeyd olunub ki, KOBİA ölkələrimizin biznes subyektləri arasında davamlı və uzunmüddətli əlaqələrin qurulmasına səlahiyyətləri çərçivəsində dəstək göstərməyə hazırdır. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Moldovanın Sahibkarlığın İnkişafı Təşkilatının (ODA) direktoru Dumitru Pintea arasında görüşdə isə Agentliyin xarici ölkələrin KOB-lara dəstək və xidmət göstərən qurumları ilə, o cümlədən ODA ilə əməkdaşlığın qurulmasına və inkişafına önəm verdiyi vurğulanıb. Bildirilib ki, KOBİA və ODA-nın əməkdaşlığı hər iki ölkənin KOB-ları arasında əlaqələrin genişlənməsi, birgə təşəbbüslərin reallaşdırılması baxımından faydalıdır. Görüşdə institusional əməkdaşlıq, biznesə dəstək alətləri və gələcək birgə təşəbbüslər, eləcə də tərəflər arasında əməkdaşlığa dair imzalanması nəzərdə tutulan sənəd layihəsi müzakirə edilib. 

Powered by Froala Editor