Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
“Moskva-Bakı: iki paytaxtın dialoqu” mövzusunda konfrans keçirilib 05.05.23
“Moskva-Bakı: iki paytaxtın dialoqu” mövzusunda konfrans keçirilib

Konfransda KOBİA-nın biznes əməkdaşlığı üçün yerli tərəfdaşların müəyyən olunmasında geniş KOB dostu şəbəkəsi vasitəsilə Rusiya iş adamlarına dəstək göstərə biləcəyi qeyd edilib. 

Bakıda “Moskva-Bakı: iki paytaxtın dialoqu” mövzusunda konfrans keçirilib. 

Tədbirdəki çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında kiçik və orta biznes sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikirlərini bölüşüb. Qeyd olunub ki, KOB sahəsində Agentlik Rusiyanın aidiyyəti qurumları ilə əməkdaşlıq edir. KOBİA Rusiyada keçirilən biznesyönümlü tədbirlərin fəal iştirakçısıdır. 

Agentliyin fəaliyyəti, KOB-lara göstərilən dəstək və xidmətlər barədə məlumat verən KOBİA sədri Agentliyin yerli tərəfdaşların müəyyən edilməsində Rusiyanın işgüzar dairələrinə dəstək ola biləcəyini, bunun üçün KOBİA-nın ölkə regionlarında geniş KOB dostu şəbəkəsinə malik olduğunu diqqətə çatdırıb

Powered by Froala Editor