Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Naxçıvanda “Heydər Əliyevin kənd təsərrüfatının inkişafında rolu” mövzusunda tədbir keçirilib 08.09.23
Naxçıvanda “Heydər Əliyevin kənd təsərrüfatının inkişafında rolu” mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin kənd təsərrüfatının inkişafında rolu” mövzusunda tədbir keçirilib. 

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Ulu Öndər Heydər Əliyevin ölkəmizdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatının inkişafı istiqamətində müstəsna xidmətlərindən danışıb. KOBİA sədri həmçinin, Agentliyin kənd yerlərində sahibkarlığın və KOB-ların inkişafına dəstək tədbirləri barədə məlumat verib. Bildirilib ki, Agentlik regionlarda sahibkarlıq fəaliyyətini və aqrar sahədə məşğulluğu təşviq edir, gənclərin biznes fəaliyyətinə cəlb olunması və sahibkar kimi formalaşmasına dəstək istiqamətində tədbirlər görür. Bunun üçün KOBİA-nın müxtəlif dəstək alətləri mövcuddur.  

Powered by Froala Editor