Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Daxili bazar araşdırmasının istiqaməti nəyə əsasən müəyyən edilir? WUF13 çərçivəsində KOBİA panel müzakirə təşkil edəcək Regionlarda sahibkarlarla sahəvi görüşlər davam edir WUF13: Sahibkarlar və startaplar üçün yeni imkanlar Ümummilli Liderə həsr edilmiş intellektual oyun keçirilib Mikro, kiçik və orta sahibkarlar üçün audit məcburidir? KOBİA-da sahibkarların növbəti qəbulu keçirilib Sahibkarlığın hansı hüquqi formaları mövcuddur? Siyəzəndə sahibkarlarla biznesin inkişafına dair təklif və ehtiyacları müzakirə edilib Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə!
Növbəti “İnvestisiya səyahəti” tədbiri Qusarda keçirilib 26.12.25
Növbəti “İnvestisiya səyahəti” tədbiri Qusarda keçirilib

Regionlarda fəaliyyət göstərən sahibkarlar kapital bazarının imkanları barədə məlumatlandırılır.  

Qusarda Mərkəzi Bankın, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Bakı Fond Birjasının və investisiya şirkətlərinin iştirakı ilə “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir təşkil olunub. 

Tədbirdə regionda fəaliyyət göstərən biznes subyektləri üçün kapital bazarının imkanları, bölgədə bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin kapital bazarına yönəldilməsi, Bakı Fond Birjasının Listinq Məsləhət Proqramı, qiymətli kağız buraxılışında anderraytinq xidməti barədə təqdimatlar keçirilib, sualları cavablandırılıb. 

Qeyd edək ki, bu, sayca on yeddinci belə tədbirdir. Regionlarda mütəmadi olaraq keçirilən “İnvestisiya səyahəti” tədbirlərinin məqsədi bölgədə çalışan biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaq və ondan istifadəyə təşviq etməkdir. 



Powered by Froala Editor