Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlarla maliyyə resurslarına çıxışla bağlı müzakirələr aparılıb Korporativ dayanıqlılığın və BMT-nin Qlobal Sazişinin ölkəmizdə təbliğinə dair sənəd imzalanıb KOB sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb “İnvestisiya səyahəti” layihəsinə start verilir “Rebuild Karabakh” Sərgisində KOBİA-nın stendi iş adamları tərəfindən maraqla qarşılanır Azərbaycan və Tatarıstanın işgüzar dairələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib Göygöl-Daşkəsən KOBİM tərəfindən turizm sahəsində silsilə təlimlər keçirilir "Rebuild Karabakh" sərgisi çərçivəsində KOBİA-nın stendində yerli və xarici iş adamlarının işgüzar görüşləri keçirilir KOBİA Azərbaycan-Xorvatiya biznes forumunda iştirak edib Azərbaycan-Slovakiya biznes forumu keçirilib
Növbəti “KOB Dostu” Xaçmaz və Siyəzəndə 25.12.18
Növbəti “KOB Dostu” Xaçmaz və Siyəzəndə

Dekabrın 3-də Xaçmazda İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) xidməti sahibkarların istifadəsinə verilib.

Bu barədə Trend-ə Nazirlikdən məlumat verilib.

Qeyd edək ki, ilk “KOB Dostu” bu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Masallı Sənaye Məhəlləsinin açılışı çərçivəsində Masallıda fəaliyyətə başlayıb.

Növbəti “KOB Dostu” İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində və Siyəzən Gənclər Evində fəaliyyətə başlayıb. “KOB Dostu” kiçik və orta biznesin dostu konsepsiyasına uyğun olaraq, Xaçmaz və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara çoxsaylı xidmətlər təklif edəcək, biznesin qurulmasına və genişləndirilməsinə müxtəlif mexanizmlər vasitəsilə dəstək olacaq.

Bununla bağlı keçirilmiş tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının mühüm istiqamətlərindən olduğunu vurğulayıb, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılmasının da bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, “KOB Dostu” sahibkarlarla sıx işləyən və onlara hərtərəfli dəstək göstərən mexanizmdir. Artıq ilk “KOB Dostu” Masallıda fəaliyyət göstərməklə sahibkarlarla sıx və səmərəli əməkdaşlıq edir. Masallı, Xaçmaz və Siyəzən rayonları ilə yanaşı, ölkənin digər iri şəhər və rayonlarında da “KOB Dostu” və Agentliyin digər dəstək mexanizmlərinin tətbiqi istiqamətində işlər aparılır.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Samir Nemətov çıxışında “KOB Dostu”nun regionda sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafında əhəmiyyətini vurğulayıb.

Sonra “KOB Dostu” ilə bağlı təqdimat keçirilib. Təqdimatda “KOB Dostu”nun fəaliyyət istiqamətləri və göstərəcəyi xidmətlər barədə ətraflı məlumat verilib, sahibkarların sualları cavablandırılıb.

Tədbir iştirakçıları “KOB Dostu” ofisi ilə tanış olublar. Burada “KOB Dostu”nun fəaliyyəti və sahibkarlara xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb, texniki avadanlıqlar, internet və digər kommunikasiya vasitələri, maarifləndirici vasitələrlə təmin olunub.

Sahibkarlar “KOB Dostu”nun Xaçmazda fəaliyyətə başlamasından məmnunluqlarını bildirib, “KOB Dostu”nun göstərəcəyi çoxsaylı xidmətlərin sahibkarların işini dahada asanlaşdıracağını, biznes fəaliyyətinin qurulmasında və inkişafında əhəmiyyətli olacağını vurğulayıblar.

Həmin gün həmçinin, Siyəzən Gənclər Evində Siyəzən və Şabran rayonları üzrə “KOB Dostu” da fəaliyyətə başlayıb.

Bununla əlaqədar keçirilmiş tədbirdə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov “KOB Dostu”nun sahibkarlara göstərəcəyi xidmətlər barədə geniş məlumat verib. Bildirilib ki, “KOB Dostu”nun fəaliyyəti sahibkarlarla daha sıx əlaqələrin qurulmasına, yeni kiçik və orta biznes sahələrinin yaranmasına, kiçik və orta sahibkarlığın inkişafı vasitəsilə regionun potensialının reallaşdırılmasına yönəldiləcək, “KOB Dostu” kiçik və orta biznesin hüquqlarının müdafiəsi istiqamətində də fəaliyyət göstərəcəkdir.

Ümumilikdə 10 iqtisadi rayon üzrə 60 “KOB Dostu”nun yaradılacağını qeyd edən Orxan Məmmədov sahibkarları KOBİA ilə fəal əməkdaşlığa dəvət edib.

Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev və Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini Natavan Mustafayeva ”KOB Dostu”nun fəaliyyətinin regionda kiçik və orta sahibkarlığın inkişafında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni biznes sahələrinin yaranmasında önəmli olacağını qeyd edib.

“KOB Dostu”nun fəaliyyəti ilə tanış olan sahibkarlar kiçik və orta biznesin inkişafı üçün yaradılmış əlverişli şəraitdən məmnunluqlarını ifadə edib, özəl bölmənin inkişafına göstərdiyi hərtərəfli dəstəyə görə dövlət başçısına minnətdarlıq ediblər.

Powered by Froala Editor