Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib
Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Zaqatalada keçirilir 11.10.24
Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Zaqatalada keçirilir

“KOB FEST”lər KOB-ların satış imkanlarını artırmaqla yanaşı, sahibkarlar arasında yeni əməkdaşlıqları təşviq edir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Zaqatala rayonunda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir. Yarmarkada Zaqatala və ətraf bölgələrdən olan 30-a yaxın KOB subyekti öz məhsullarını nümayiş etdirir və satışını həyata keçirir. Yarmarkada əsasən kənd təsərrüfatı və sənaye məhsulları, bal və arıçılıq məhsulları, qurudulmuş meyvələr, çərəzlər, konservlər, suvenirlər, müxtəlif əl işləri, xalça, dəri üzərində tikmələr, taxta üzərində oyma işləri və digər müxtəlif məhsullar təqdim olunur.

Tədbirin açılış mərasimində çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov belə tədbirlərin bölgədə fəaliyyət göstərən KOB-ların məhsul və xidmətlərinin tanıdılması, satış imkanlarının genişləndirilməsi, mikro və kiçik sahibkarlıq subyektləri arasında əlaqələrin qurulması baxımından əhəmiyyətini vurğulayıblar.

“KOB FEST” çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunub. Sərgi-satış yarmarkası Mədəniyyət evinin qarşısında oktyabrın 13-dək hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, “KOB FEST” sərgi-satış yarmarkaları regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması və satışına dəstək məqsədi daşıyır. Bu tədbir KOB subyektlərinə yeni əməkdaşlıqlar qurmaq, B2B görüşlər keçirmək və satış bacarıqlarını inkişaf etdirmək imkanı da yaradır. Bundan əvvəl “KOB FEST” Bakı, Göygöl, Şəki, Gəncə, Masallı və Naxçıvan şəhərlərində keçirilib. Ümumilikdə bu yarmarkalar çərçivəsində 300-ə yaxın KOB subyektinin məhsul və xidmətlərinin satışına dəstək göstərilib. 

Powered by Froala Editor