Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Növbəti maarifləndirici aksiya Xaçmaz və Masallıda keçirilib 25.08.20
Növbəti maarifləndirici aksiya Xaçmaz və Masallıda keçirilib

İqtisadiyyat Nazirliyinin təşəbbüsü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və özəl sektorun ("Mətanət A", Neftçala Avtomobil Zavodu, "A.M.O." MMC) dəstəyi ilə vətəndaşların koronavirus infeksiyasının profilaktikasına dair maarifləndirilməsi tədbirlərinə dəstək məqsədilə sosial aksiya davam edir.

Növbəti maarifləndirici aksiya Xaçmaz və Masallı rayonlarında təşkil olunub. Aksiya zamanı “KOB Dostu” və könüllülər tərəfindən ticarət və xidmət obyektlərinə yaxın yerlərdə, parklarda vətəndaşlarla karantin rejimi qaydalarına dair maarifləndirici söhbətlər aparılıb, onlara tibbi maska paylanılıb.

Dövlət-biznes əməkdaşlığı çərçivəsində həyata keçirilən maarifləndirici aksiya iyul ayından başlayıb və 20-yə yaxın şəhər və rayonunu əhatə edəcəkdir. Qarşıdakı günlərdə aksiya Salyan, Quba, Qusar, Ağdaş, Şəki, Şamaxı, Gəncə, Naftalan və Ağcabədidə təşkil olunacaqdır.

Qeyd edək ki, indiyədək maarifləndirici aksiya ölkənin 11 şəhər və rayonunda təşkil olunub və aksiya çərçivəsində vətəndaşlara ümumilikdə 15 min 700-ə yaxın tibbi maska paylanılıb.

Powered by Froala Editor