Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub Test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsalı müəssisəsi yaradılacaq Şəki-Zaqatala iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Startap rəhbəri: Gələcək fərdiləşdirmə üzərində qurulacaq - MÜSAHİBƏ 27 İyun – Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Günü: dünyanı dəyişən KOB-lar Sahibkarların Balakəndə qəbulu keçiriləcək Türkiyənin Niğde bölgəsinin iş adamları “Bakı KOB evi”ndə olublar İnvestisiya Portalı: sahibkarları və investorları bir platformada birləşdirən dəstək aləti İİB Qrupunun Özəl Sektor Forumu çərçivəsində keçirilən sərgidə Azərbaycan pavilyonu təşkil olunub
Onlayn təlimə 300-dən çox sahibkar qoşulub 28.02.19
Onlayn təlimə 300-dən çox sahibkar qoşulub

Fevralın 28-də İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlar üçün növbəti onlayn təlim keçirilib.

“Gömrük prosedurları və əməliyyatları üzrə tətbiq edilən güzəştlər və sadələşdirmələr”mövzusunda təşkil olunmuş təlimdən Bakıda, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 300-dən çox sahibkar yararlanıb.

Onlayn təlim zamanı sahibkarlar idxal-ixrac əməliyyatları, gömrük prosedurları və bu sahədə yeniliklər barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Təlimin keçirilməsi üçün Azərbaycan Dövlət İqtisad Universitetinin Distant Mərkəzinin imkanlarından istifadə edilib. Ekspert qismində onlayn təlimə Dövlət Gömrük Komitəsinin və “Azexport.az” portalının əməkdaşları cəlb olunub.

Onlayn təlim çərçivəsində sahibkarlara ekspertlərə birbaşa müraciət etməklə yanaşı, suallarını yazılı olaraq göndərmək imkanı da yaradılıb. Yazılı müraciətlərin bir qismi ekspertlər tərəfindən təlim çərçivəsində operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən suallarla bağlı isə təlimdən sonra sahibkarlara müvafiq məlumat verilib.

Qeyd edək ki, onlayn təlim barədə sahibkarlar İqtisadiyyat Nazirliyinin www.economy.gov.az və Agentliyin www.smb.gov.az saytları, “Facebook” səhifələri, eləcə də KİV vasitəsilə əvvəlcədən məlumatlandırılıb.

Sahibkarların istənilən yerdən təlimə birbaşa qoşulması, təlimi canlı rejimdə izləməsi üçün KOBİA və Agentliyin ölkənin 10 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları tərəfindən sahibkarlara hər cür dəstək göstərilib.

Sahibkarlara onlayn təlimi KOBİA-nın "Facebook" səhifəsi vasitəsilə izləmək imkanı da yaradılıb.

Powered by Froala Editor