Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı?
Orxan Məmmədov: Gələn il Bakıda ilk "Kiçik və Orta Biznes Evi" açılacaq 29.11.18
Orxan Məmmədov: Gələn il Bakıda ilk "Kiçik və Orta Biznes Evi" açılacaq

2019-cu ildə Bakıda ilk "Kiçik və Orta Biznes Evi"nin açılması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, "Kiçik və Orta Biznes evləri"nin yaradılması ilə bağlı işlər davam etdirilir:

"Yaxın günlərdə Xaçmaz və Siyəzəndə “KOB Dostu” mərkəzlərinin açılışı gözlənilir".

Qeyd edək ki, “KOB Dostu” əsasən regionlarda sahibkarlarla sıx işləyən və onlara hərtərəfli dəstək göstərən mexanizmdir. “KOB evləri” isə Azərbaycanın yeni milli brendi olaraq “bir pəncərə prinsipi” ilə fəaliyyət göstərəcək, burada kiçik və orta biznesə 30-dan çox dövlət qurumunun 100-dən artıq xidmətləri göstəriləcək.

KOB İnkişaf Fondları xarici və yerli investorlar üçün uğurlu maliyyələşmə mexanizmləri yaradacaq, KOB-ların və startapların biznes təşəbbüslərini dəstəkləyəcək. KOB klasterlərinin yaradılması prosesində qabaqcıl beynəlxalq təcrübə tətbiq olunmaqla sahibkarlar üçün güzəştlər və dövlət dəstəyi mexanizmləri müəyyənləşdiriləcək. KOB İnkişaf Mərkəzləri sahibkarların bilik və bacarıqlarının artırılmasına, biznes ideyalarının dəstəklənməsinə, maliyyə resurslarına çıxışın asanlaşdırılmasına xidmət edəcək.

Powered by Froala Editor