Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Ruanda nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub “İnvestisiya səyahəti” tədbiri bu dəfə Masallıda 2024-cü ilin ən fəal sahibkarları mükafatlandırılıb KOBİA-da vətəndaş qəbulu keçirilib Göyçayda keçirilmiş "KOB FEST" sərgi-satış yarmarkası KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 6-cı qrant müsabiqəsinin nəticələri açıqlanıb KOB-ların yaşıl keçidinə dair KOBİA və Asiya İnkişaf Bankı arasında Memorandum imzalanıb “Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması” layihəsi çərçivəsində biznes forum keçirilib Rəqəmsallaşmaya töhfə verən yeni startaplar Sayca 9-cu “KOB Fest” sərgi-satış yarmarkası Göyçayda keçirilir
Orxan Məmmədov: Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sahibkarların ictimai iştirakçılıq prosesinə fəal cəlb olunmasında maraqlıdır. 20.11.18
Orxan Məmmədov: Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sahibkarların ictimai iştirakçılıq prosesinə fəal cəlb olunmasında maraqlıdır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sahibkarların və işgüzar dairələrin ictimai iştirakçılıq prosesinə fəal cəlb olunmasında maraqlıdır.Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sahibkarların və işgüzar dairələrin ictimai iştirakçılıq prosesinə fəal cəlb olunmasında maraqlıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov kiçik və orta sahibkarlığın inkişafı üzrə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Milli Məclisdə təşkil edilən ictimai müzakirələrdə deyib.

Agentliyin rəhbəri qeyd edib: "Bugünkü tədbirdə qanun yaradıcıları ilə vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gəlməsini sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının göstəricisi kimi yüksək qiymətləndiririk. Biz Agentlik olaraq, bu platformadan səmərəli istifadə etməklə sahibkarların və işgüzar dairələrin ictimai iştirakçılıq prosesinə fəal cəlb olunmasında maraqlıyıq. Xüsusilə, kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi prosesində sahibkarların təkliflərinə ehtiyac duyur və onların rəylərini gözləyirik".

O.Məmmədov vurğulayıb ki, kiçik və orta sahibkarlığın dayanıqlı inkişafı ölkəmizdə iqtisadi siyasətin tərkib elementi kimi hər zaman prioritet təşkil etməkdədir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılmasına, eləcə də kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artırılmasına xidmət edəcək. Məlum olduğu kimi, cari ilin 26 iyun tarixində Agentliyin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman kiçik və orta biznes sektorunun inkişafı ilə bağlı köklü dəyişikliklərə səbəb olacaq mühüm tapşırıqları əhatə edir. Belə ki, sözügedən fərmana əsasən Agentliyin nəzdində yaradılacaq “Kiçik və Orta Biznes Evləri”, “Kiçik və Orta Biznesin İnkişafı Mərkəzləri”, Kiçik və Orta Biznesin İnkişaf Fondları”, “Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişaf Mərkəzi”, eləcə də ölkəmizin bütün rayon və şəhərlərində Agenliyi təmsil edəcək nümayəndələrin – “Kiçik və orta biznesin dostları” şəbəkəsinin qurulması ilə bir sıra yeni və innovativ mexanizmlər tətbiq olunacaq. Təbii ki, əsas məqsədimiz sahibkar məmnunluğuna nail olmaq və fəaliyyətimizi şəffaflıq və operativlik prinsiplərinə uyğun həyata keçirməkdir".

O bildirib ki, Agentliyin nizamnaməsinə əsasən, qanunvericilik aktlarının müzakirəsində sahibkarların yaxından iştirakını təmin etmək, ölkədə həyata keçirilən iqtisadi islahatlar prosesində biznes dairələri və dövlət qurumları arasında qarşılıqlı etimadın artırılması ilə bağlı tədbirlər görmək, sahibkarların fəaliyyətinə təsir edən qanunvericilik aktlarının iqtisadi və digər aspektlərinin ekspertizasını həyata keçirmək və təkliflər vermək qurumun vəzifələri sırasındadır:

"Məhz bu vəzifələrdən irəli gələrək, eləcə də Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə verilmiş tapşırığa əsasən Agentlik “Kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikası Qanununun hazırlanması prosesinə fəal qoşulub. Azərbaycan Respublikası Prezidentinin sahibkarlığın inkişafı istiqamətində müəyyən etdiyi strateji xəttin əsas elementləri qanun layihəsində öz əksini tapıb. Belə ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılması, dövlət adından onlara göstərilən xidmətlərin vahid elektron informasiya sistemləri vasitəsilə göstərilməsi, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakı üçün əlverişli şəraitin yaradılması, sahibkarlığa dəstək infrastrukturunun formalaşdırılması, biznes subyektlərinə dövlət xidmətlərinin vahid məkanda təşkil edilməsi qanunla nəzərdə tutulan yeni mexanizmlərdir.

Hesab edirik ki, bu qanunun qəbul edilməsi, ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mütərəqqi bir çərçivə sənədi olmaqla yanaşı, sahibkarlığın hüquqi təminatının gücləndirilməsinə və ölkə iqtisadiyyatında kiçik və orta sahibkarlığın rolunun artırılmasına töfhə verəcək".


Powered by Froala Editor