Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Məqsədimiz “NooshCard”ı ölkə üzrə şirkətlər üçün standart həllə çevirməkdir – MÜSAHİBƏ Sahibkarların müraciətləri dinlənilib “KOB könüllüləri” proqramına maraq artmaqda davam edir Biznes tərəfdaşlığı proqramı çərçivəsində təlimlər keçirilir Bu ilin ötən dövründə 35 “Startap” şəhadətnaməsi verilib Vergi güzəştləri ilə böyüyən startaplar: “BillKill” və “OnWay” Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət göstərən sahibkarların nəzərinə! Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib
Orxan Məmmədov: Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin vəzifələrinin icrası elm və tədris mərkəzləri ilə qarşılıqlı fəaliyyətə əsaslanır 26.11.18
Orxan Məmmədov: Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin vəzifələrinin icrası elm və tədris mərkəzləri ilə qarşılıqlı fəaliyyətə əsaslanır
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin vəzifələrinin icrası bir çox istiqamətlərdə elm və tədris mərkəzləri ilə qarşılıqlı fəaliyyətə əsaslanır. Bu istiqamətlər bir çox sahələri əhatə etməklə sahibkarlıq ideyasının təbliği, sahibkarların maarifləndirilməsindən başlayaraq, qabaqcıl dəstək modellərinin tətbiqi imkanlarının araşdırılması, ölkənin innovativ potensialının reallaşdırılmasına qədər olan böyük spektri əhatə edir.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanması mərasimində Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
Agentlik rəsmisi deyib ki, bu gün imzalanan memorandum bu əməkdaşlığın konkret istiqamətlərini və formalarını müəyyən edərək geniş fəaliyyət platforması yaradacaqdır:
"Hazırda cənab Prezidentin müəyyən etdiyi tapşırıqların icrası istiqamətində Agentlik tərəfindən kiçik və orta biznes subyektlərinin dəstəklənməsinə yönəldilmiş modellər və mexanizmlər hazırlanmaqdadır. Təbii ki, onların hər biri ciddi araşdırma tələb edir. Bu prosesdə biz UNEC-in nəzdində fəaliyyət göstərən elmi araşdırma mərkəzlərinin potensialından faydalanmaqda maraqlıyıq və fikrimcə bu, qurumlar arasında əməkdaşlığın öncül istiqamətlərindən biri olacaqdır".
O.Məmmədovun sözlərinə görə, digər mühüm əməkdaşlıq istiqaməti ölkəmizin innovativ potensialının kiçik və orta biznes vasitəsilə reallaşdırılması, innovativ təşəbbüslərin dəstəklənməsi ilə bağlı olacaqdır: "Bu baxımdan, innovasiyalar sahəsində sahibkarlığın dəstəklənməsinin təşkilati modellərinin yaradılması və səmərəli fəaliyyətinin təmin olunması sahəsində birgə tədbirlər nəzərdə tutulub. Sahibkarlıq subyektlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və rəqabət qabiliyyətinin artırılması baxımından elmi yeniliklərin biznesə inteqrasiyası xüsusi önəm kəsb etməkdədir. Memorandum bu istiqamətdə konkret praktiki nəticələrə istiqamətlənmiş birgə səylərin göstərilməsini nəzərdə tutur".
Agentlik rəsmisi qeyd edib ki, digər mühüm əməkdaşlıq istiqaməti əmək bazarınadək olan prosesdə könüllülük fəaliyyətinin təşviq edilməsi və bu sahədə birgə fəaliyyətin göstərilməsidir:
"Kiçik və orta biznes subyektlərinin tələbatına uyğun olaraq, müvafiq ixtisaslar üzrə müasir təhsil proqramlarının, metodiki vəsaitlərin və mövzuların hazırlanmasında birgə iştirakın təşkil edilməsi, UNEC tələbələrinin praktiki biliklərə yiyələnməsinin təşkili də diqqət mərkəzimizdə olacaqdır.Əminəm ki, qeyd edilən istiqamətlərdə birgə səylərimiz sahibkarlığın davamlı inkişafının təmin edilməsi vasitəsilə cənab Prezidentin iqtisadi islahatlar kursuna öz əhəmiyyətli töhvəsini verəcəkdir".

Powered by Froala Editor