Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
Pandemiya dövründə daxili bazar araşdırmalarının aparılması daha vacibdir 15.10.20
Pandemiya dövründə daxili bazar araşdırmalarının aparılması daha vacibdir

Biznesin qurulması və inkişafı, yeni məhsul və xidmətlərin istehsalı baxımından bazar araşdırmalarının aparılması önəmlidir. Koronavirus pandemiyası (COVID-19) kimi qeyri-müəyyən dövrlərdə isə biznes sahəsində bazar araşdırmalarının aparılması xüsusilə vacibdir. Belə ki, pandemiyanın yaratdığı çətinliklər və iqtisadi məhdudiyyətlər şəraitində bazar araşdırması yeni məhsul və xidmətin yaradılması üçün bazarın mövcud vəziyyətini təhlil etməklə sahibkarı mümkün risklərdən və əlavə xərclərdən sığortalayır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) biznesin qurulması və inkişafında, yeni məhsul və xidmətlərin yaradılmasında daxili bazar araşdırmalarının önəmini bir daha mikro, kiçik və orta sahibkarlıq subyektlərinin diqqətinə çatdırır və sahibkarlara pandemiya dövründə daxili bazar araşdırması mexanizmindən daha geniş istifadə etməyi tövsiyə edir.

Qeyd edək ki, 2019-cu ildən etibarən daxili bazar araşdırmalarının aparılması üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dövlət tərəfindən maliyyə və informasiya dəstəyi göstərilir. Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası”na uyğun olaraq, mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilər. Ümumilikdə hər bir daxili bazar araşdırmasının aparılmasına görə KOB subyektlərinə ödənilən dəstək məbləği 20 min manata qədərdir. Bazar araşdırmasının aparılması üçün sahibkarlar fərdi və ya qrup halında müraciət edə bilərlər.

Daxili bazar araşdırmalarının aparılması üçün dəstək tədbirləri KOBİA tərəfindən təşkil edilir. Sahibkarlar daxili bazar araşdırmasının aparılması üçün KOBİA-nın internet saytındakı müvafiq ərizə formasını (https://bit.ly/302axR2) dolduraraq Agentliyə birbaşa və ya info@smb.gov.az vasitəsilə elektron müraciət edə bilərlər. Ətraflı məlumat üçün: 131 Çağrı Mərkəzi və (012) 404 04 01.

Powered by Froala Editor