Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
Pandemiyadan zərər çəkmiş KOB-lar üçün maliyyələşdirməyə dair yeni modul istifadəyə verilib 16.07.20
Pandemiyadan zərər çəkmiş KOB-lar üçün maliyyələşdirməyə dair yeni modul istifadəyə verilib

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) koronavirus (COVID-19) pandemiyası ilə üzləşən və bunun təsirini idarə etmək üçün yardıma ehtiyacı olan mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün yaratdığı "Böhran dövründə necə" adlı bilik platformanın yeni modulu istifadəyə verilib. Biznesin maliyyələşdirilməsinin yolları adlanan yeni modul maliyyənin hansı formasının biznesə uyğun olduğunu anlamaqda, maliyyə dəstəyi üçün necə müraciət edilməsi və həlledici maliyyələşdirmə qərarları ilə qarşılaşdıqda düzgün seçimin edilməsi sahəsində sahibkarları bilik və bacarıqlarla təmin edəcək.

Modulun əhatə etdiyi üç əsas mövzu bunlardır:

· Maliyyə resurslarının seçimi və strukturlaşdırılması

· Maliyyə resurslarının təşkili

· Maliyyələşdirmə problemlərinin həlli

Moduldan istifadə etmək üçün www.ebrdknowhowacademy.com saytında qeydiyyatdan keçmək lazımdır. Mobil cihaz vasitəsilə proqrama qoşulmaq üçün "App Store"dan "Go.Learn" tədbiqini yükləyərək www.ebrdknowhowacademy.com saytına daxil ola bilərsiniz.

Powered by Froala Editor