Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Yaşıl biznes necə olmalıdır? İxracla məşğul olan sahibkarlar üçün növbəti təlim keçirilib Daha 4 sahibkar innovasiya fəaliyyəti üzrə mənfəət vergisindən azad edilib Azərbaycan-Vyetnam Biznes Şurası yaradılır Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə! KOBİA-da Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib 7-ci qrant müsabiqəsi barədə sahibkarların sualları cavablandırılıb Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində qadınlarla görüş keçirilib KOBİA və "Belarus Universal Əmtəə Birjası" ASC arasında Anlaşma Memorandumu imzalanıb KOBİA-nın qrant dəstəyi barədə "CBC FM"in "İqtisadi həftə" verilişində
“Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti” mövzusunda Konfrans keçirilib 18.02.22
“Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti” mövzusunda Konfrans keçirilib

Fevralın 18-də Azərbaycan Respublikasının Milli Məclisinin dəstəyi, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TURKPA) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Postpandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti” mövzusunda Konfrans keçirilib.

 

Milli Məclisin deputatlarının, dövlət və özəl sektorun nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizdə sahibkarlığın, o cümlədən KOB-ların inkişafı istiqamətində görülən tədbirlərə, COVID-19 pandemiyasının KOB-lara təsirinə və bu sahədə dövlət dəstəyi tədbirlərinə, postpandemiya dövrünün prioritet istiqamətlərinə və KOB-lara göstəriləcək dəstəyə dair fikir mübadiləsi aparılıb. 

 

Açılış mərasimində çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Ağalar Vəliyev KOB-ların iqtisadiyyatın inkişafında xüsusi rol oynadığını, pandemiyanın bütün dünyada olduğu kimi ölkəmizdə də KOB-ların fəaliyyətinə mənfi təsir etdiyini qeyd edib, hökumətin sahibkarlara dəymiş zərərin minimuma endirilməsi üçün müvafiq dəstək tədbirləri həyata keçirdiyini vurğulayıb. Həmçinin, Milli Məclisin KOB-ların inkişafı üzrə qanunvericilik sahəsində apardığı davamlı iş barədə məlumat verilib. Hazırki konfransın tədbirin təşkilatçı qurumları arasında yeni əməkdaşlıq formatı yaratdığını, eləcə də aparılan müzakirələrin ölkəmiz və qardaş Türk dövlətlərinin post-pandemiya şəraitində müvafiq istiqamətdə fəaliyyətlərinə töhfə verdiyini bildirib.

 

TURKPA-nın Baş katibinin müavini, Qazaxıstan Respublikası Parlamentinin nümayəndəsi Talğat Aduov türkdilli ölkələrin TURKPA və digər platformalar çərçivəsində  sıx əməkdaşlıq etdiklərini, iqtisadiyyatın aparıcı qüvvəsi olan KOB-ların pandemiyadan sonrakı dövrdə də iqtisadiyyatın bərpasına öz töhfəsini verəcəyini vurğulayıb. 

 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, ciddi neqativ iqtisadi və sosial təsirlərə malik olan COVİD-19 pandemiyası həm də bir sıra reallıqları ortaya çıxarıb. Bunların arasında iqtisadiyyatların dayanıqlığının gücləndirilməsi, gözlənilməz şoklara qarşı hazırlığın artırılması və müasir, rəqəmsal texnologiyalara əsaslanan biznes mühitinin inkişaf etdirilməsi xüsusilə qeyd olunmalıdır. Bu baxımdan, innovativ və yüksək texnolojı idarəetmə yanaşmaları, "yaşıl iqtisadiyyat" prinsipləri qarşıdakı onilliklərdə qlobal iqtisadi inkişafın və investisiya axınlarının istiqamətini müəyyənləşdirəcək. Əksər iqtisadiyyatlarda olduğu kimi Azərbaycanda da mikro, kiçik və orta sahibkarlıq subyektləri bizneslərin böyük hissəsini təşkil edir. KOBİA KOB-ların innovativ fəaliyyətinin stimullaşdırılması məqsədilə bir neçə istiqamət üzrə çalışır və postpandemiya dövründə də KOB-lara dəstək davam etdiriləcəkdir.  

 

Konfrans çərçivəsində “KOB-lar üçün dövlət dəstəyi: qanunvericilik və proqramlar” və “KOB-lar və COVID-19 pandemiyası: problemlər, onların alternativ və innovativ həlləri” mövzularında panel müzakirələr təşkil olunub. Panellərdə millət vəkilləri, dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələri mövzu ilə bağlı fikirlərini bölüşüb, iştirakçıları maraqlandıran sualları cavablandırıblar. 

Powered by Froala Editor