Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
"AIM Congress"in Startap Yarışmasının Milli Turuna qeydiyyat başladı! 2024-cü ildə KOB-ların 41 layihəsinin maliyyələşdirilməsinə 714 min manat həcmində qrant ayrılıb Şabran sahibkarları ilə müzakirələr aparılıb İnnovativ startapların böyük hədəfləri KOB-ların fəaliyyətində yaşıl və rəqəmsal texnologiyaların tətbiqi təşviq ediləcək - Orxan Məmmədovla EKSKLÜZİV MÜSAHİBƏ Qobustan rayonunda sahibkarlarla görüş keçirilib İnsan İnkişafı Forumu keçirilib Qiymətli kağızlar bazarının inkişafı və bu sahədə KOB-lar üçün imkanlara dair ictimai müzakirə təşkil olunub KOBİA-ya ISO 10002:2018 beynəlxalq standartı üzrə sertifikat təqdim edilib Regionlarda xidmət sektoru üzrə yeni sahibkarlıq obyektləri yaradılıb
“Post-pandemiya: KOB-ların fəaliyyətinin bərpasına dəstək” mövzusunda onlayn konfrans keçiriləcək 24.06.20
“Post-pandemiya: KOB-ların fəaliyyətinin bərpasına dəstək” mövzusunda onlayn konfrans keçiriləcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF) tərəfindən 30 iyun – 2 iyul tarixlərində “Post-pandemiya: KOB-ların fəaliyyətinin bərpasına dəstək” mövzusunda onlayn konfrans keçiriləcək. Tədbirin məqsədi müxtəlif strategiya və mexanizmlər barədə sahibkarları məlumatlandırmaqla pandemiyadan zərər çəkmiş biznes sektorlarına dəstək olmaqdır.


30 iyunda keçiriləcək açılış tədbirində Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Fransanın ölkəmizdəki səfiri Zaxarie Qross, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas, AYİB-in Azərbaycan üzrə rəhbəri İvana Duarte, “Medef International”ın direktor müavini Geraldine Lembe, BMT-nin İnkişaf Proqramının (UNDP) rezident nümayəndəsi Alessandro Fracassetti çıxış edərək KOB-ların fəaliyyətinə dəstəklə bağlı təcrübə və proqramları barədə məlumat verəcəklər.

Açılış sessiyası üçün qeydiyyat - https://forms.gle/FTdgHwzz8f7U8F1T6

Sessiyanın işçi dili - İngilis dili

1 - 2 iyuldaisəCCIAF-in üzvü olan “Baker Tilly”, “Deloitte”, “Ekvita”, “EY Azərbaycan” və “PwC” şirkətlərinin ekspertlərinin iştirakı ilə turizm, kənd təsərrüfatı və qadın sahibkarlığı ilə bağlı seminarlar təşkil olunacaqdır.

Seminarlar üçün qeydiyyat - https://forms.gle/9TgEeQkJWQ7u3m9j7

Seminarların işçi dili - Azərbaycan dili


Qeyd: Qeydiyyat forumunda hər bir gün üzrə mövzu və seminarlar göstərilib. Maraqlı olduğunuz seminarları qeyd edərək iştirak edə bilərsiniz.

Maraqlı olan hər kəs onlayn konfransda qeydiyyatdan keçərək iştirak edə bilər. Onlayn konfransda iştirak ödənişsizdir. Yalnız qeydiyyatdan keçmiş şəxslər konfransa qoşulmaq üçün link əldə edəcək.

Qeydiyyat üçün son tarix: 28 iyun 2020-ci il.

Powered by Froala Editor