Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Qarabağ KOB-ları proqramına start verildi 30.05.23
Qarabağ KOB-ları proqramına start verildi

Şəhid ailələri, qazilər, müharibə iştirakçıları və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin olunmasına dəstək məqsədilə Qarabağ KOB-ları proqramına başlanılıb. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, “Paşa Holdinq”in ayırdığı qrant vəsaiti hesabına həyata keçiriləcək Qarabağ KOB-ları proqramı çərçivəsində şəhid ailələri, qazilər, müharibə iştirakçıları və onların ailə üzvlərinin arasından müvafiq tələblərə uyğun gələn şəxslər seçilərək təlimlərə cəlb olunacaq. Onlara biznes biliklərinin və bacarıqlarının artırılması üçün KOBİA tərəfindən maliyyə və mühasibatlıq, kadr işi, idarəetmə, satış və marketinq və s. mövzularda zəruri təlimlər keçiriləcək. Təlimləri uğurla başa vuran iştirakçılar seçdikləri fəaliyyət istiqaməti üzrə peşə təlimlərinə də cəlb olunacaq və onlara özünüməşğulluq proqramı çərçivəsində zəruri avadanlıqlar veriləcək. 

 

Ümumilikdə layihəyə Bakı şəhəri, Şamaxı, İsmayıllı və Şəki rayonlarından olan 50 şəhid ailəsi üzvü, qazilər, müharibə iştirakçıları və onların ailə üzvləri cəlb ediləcək.  

 

Layihə çərçivəsində, həmçinin 50 yeni sahibkarlıq subyektinin yaradılması nəzərdə tutulur.


Powered by Froala Editor