Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Qaradağ rayonunda müasir texnologiyanın tətbiqi ilə kağız və gigiyenik məhsullar istehsal ediləcək 29.12.25
Qaradağ rayonunda müasir texnologiyanın tətbiqi ilə kağız və gigiyenik məhsullar istehsal ediləcək

İnvestisiya təşviqi sənədi almış layihənin reallaşdırılması nəticəsində yerli istehsala 27 mln. manata yaxın investisiyanın qoyulması və 180 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

Daha bir sahibkarlıq subyektinə - “Fabriora” MMC-yə investisiya təşviqi sənədi təqdim edilib. Şirkət Qaradağ rayonunda müasir texnologiyanın tətbiqi ilə kağız və gigiyenik məhsullar (uşaq bezləri, mətbəx kağızları, salfet məhsulları və s.) istehsal edəcək. Layihə çərçivəsində 27 mln. manata yaxın investisiya qoyuluşunun həyata keçirilməsi və 180 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.  

Ümumilikdə indiyədək 518 sahibkarlıq subyektinin təqdim etdiyi layihələrə 622 investisiya təşviqi sənədi verilib. Bu layihələrin reallaşması nəticəsində yerli istehsala təxminən 7,9 mlrd. manat investisiyanın yatırılması və 45 minə yaxın yeni iş yerinin yaradılması gözlənilir. 

İnvestisiya təşviqi sənədi sahibkarlıq subyektlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 7 il müddətinə əldə olunan mənfəətin və ya gəlirin 50%-dən, layihələr çərçivəsində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumundan, investisiya vəsaiti hesabına əldə edilmiş əmlaka görə əmlak vergisindən, mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə isə torpaq vergisindən azad edir.

Powered by Froala Editor