Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
Qazaxıstanın Mediatorlar Assosiasiyası “Bakı KOB evi”ndə fəaliyyət göstərən mediasiya məkanı ilə tanış olub 31.01.25
Qazaxıstanın Mediatorlar Assosiasiyası “Bakı KOB evi”ndə fəaliyyət göstərən mediasiya məkanı ilə tanış olub

KOBİA və Qazaxıstanın Mediatorlar Assosiasiyası işgüzar mübahisələrin mediasiya yolu ilə həlli sahəsində beynəlxalq təcrübəni və birgə əməkdaşlığı müzakirə ediblər.

Ölkəmizdə səfərdə olan Qazaxıstanın Mediatorlar Assosiasiyasının Baş direktoru Jandildə Jakupovun rəhbərlik etdiyi nümayəndə heyəti “Bakı KOB evi”ndə olub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Qazaxıstan heyəti arasında keçirilmiş görüşdə işgüzar mübahisələrin mediasiya yolu ilə həlli, mediasiya institutunun formalaşmasında beynəlxalq təcrübə və mediasiyanın biznes mühitinə müsbət təsiri barədə fikir mübadiləsi aparılıb, tərəflər arasında əməkdaşlıq imkanları müzakirə edilib. Görüşdə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov da iştirak edib. 

Sonra qonaqlar “Bakı KOB evi”ndə biznes mübahisələrinin məhkəməyə getmədən həlli üçün sahibkarlara mediasiya xidmətinin göstərildiyi məkanla tanış olublar. Məlumat verilib ki, mediasiya məkanı KOBİA və Mediasiya Şurasının əməkdaşlığı çərçivəsində yaradılıb. Burada Mediasiya Şurasının peşəkar mediatorları tərəfindən göstərilən xidmətin məqsədi iş adamlarının kommersiya mübahisələrinin həlli üçün mediasiya xidmətlərinə əlçatanlığını və operativliyi təmin etmək, daha çox kommersiya mübahisəsini məhkəməyə getmədən həll etməkdir. 

Qeyd edək ki, mediasiya - mübahisələrin neytral, qərəzsiz və işdə marağı olmayan üçüncü şəxslər tərəfindən məhkəməyədək alternativ həlli yoludur. Kommersiya mübahisələrinin həlli üçün də mediasiya tərəflərin könüllü əsaslarla müraciətinə əsaslanan effektiv həll metoddur. İşgüzar mübahisələrin mediasiya yolu ilə həll olunması vaxt itkisinin, əlavə xərclərin və kommersiya sirrinin yayılmasının qarşısını alır. 

Powered by Froala Editor