Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Qətərdə keçirilmiş beynəlxalq sərgidə Azərbaycanın lavanda və zəfəran məhsullarına böyük maraq olub, ixraca dair müqavilə imzalanıb 17.03.22
Qətərdə keçirilmiş beynəlxalq sərgidə Azərbaycanın lavanda və zəfəran  məhsullarına böyük maraq olub, ixraca dair müqavilə imzalanıb

10-14 mart tarixlərində Qətər Dövlətinin Doha şəhərində keçirilmiş 9-cu “Beynəlxalq Kənd Təsərrüfatı və Ətraf Mühit Sərgisi 2022”də iştirak etmiş Azərbaycan sahibkarları sərgi zamanı əməkdaşlığa dair bir sıra razılaşmalar əldə edib, müqavilə imzalayıblar. Belə ki, sərgi çərçivəsində alüminiumun təkrar emalı ilə məşğul olan Azərbaycan şirkəti xarici şirkətlə ixraca dair müqavilə imzalayıb. 

 

Azərbaycan pavilyonu və burada nümayiş olunan kənd təsərrüfatı, qida və ətraf mühit sahələri üzrə məhsul və xidmətlərimiz də sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanıb. Xüsusilə də Bakı, Qəbələ və Cəlilabad rayonlarında fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal olunmuş zəfəran, lavanda və çiyələk məhsullarına maraq böyük olub. 

 

Qeyd edək ki, “Beynəlxalq Kənd Təsərrüfatı və Ətraf Mühit Sərgisi 2022”də İqtisadiyyat Nazirliyinin dəstəyi, Nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və ölkəmizin Qətər Dövlətindəki Səfirliyinin koordinatorluğu ilə Azərbaycan pavilyonunda 11 mikro, kiçik və orta sahibkarlıq subyektinin məhsul və xidmətləri nümayiş olunub. 


Powered by Froala Editor

Powered by Froala Editor