Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
"Rebuild Karabakh" sərgisində KOBİA xüsusi stendlə iştirak edir 14.10.25
"Rebuild Karabakh" sərgisində KOBİA xüsusi stendlə iştirak edir

“Rebuild Karabakh” sərgisində dövlət dəstəyi ilə KOB-lar üçün ayrılmış xüsusi stenddə sahibkarlıq subyektlərinin məhsul və xidmətləri təqdim olunur. 

 

Bakı Ekspo Mərkəzində 5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi ("Rebuild Karabakh 2025") keçirilir. 


Sərgidə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılmasına, satış imkanlarını genişləndirilməsinə və yeni biznes əlaqələrinin qurulmasına dəstək məqsədilə bu dəfə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə KOB-lar üçün ayrıca stend qurulub. Stenddə 10-a yaxın KOB subyektinin sənaye və inşaat məhsulları, tikinti materialları, istehsalat avadanlıqları, işçi geyimləri və müxtəlif xidmətlər təqdim edilir.


Həmçinin, stenddə Qarabağın biznes və investisiya imkanları, bölgənin potensialı, işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parkları, sahibkarlar üçün nəzərdə tutulan güzəştlər barədə məlumat verilir. KOBİA-nın və tərəfdaş qurumların dəstəyi ilə həyata keçirilən "Qarabağ KOB-ları" proqramı barədə məlumat da sərgi ziyarətçilərinin diqqətinə çatdırılır. Stenddə iş adamlarının ikitərəfli görüşlər keçirməsi üçün şərait də yaradılıb.


Qeyd edək ki, “Rebuild Karabakh” sərgisi oktyabrın 16-dək davam edəcəkdir. 



Powered by Froala Editor