Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
“Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində Şəkidə sahibkarlarla görüş keçirilib 30.09.25
“Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində Şəkidə sahibkarlarla görüş keçirilib

Tədbirdə sahibkarlar maliyyə resurslarına çıxış, bu sahədə mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıb. 

Şəki şəhərində “Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində bölgədə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və "Marsol Group"un təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) dəstəyi ilə keçirilən tədbirdə qida, kənd təsərrüfatı, turizm, İKT, tikinti və s. sahələrdə fəaliyyət göstərən 50-dən çox sahibkar iştirak edib. 

Regionlarda fəaliyyət göstərən sahibkarları maliyyə resurslarına çıxış imkanları və mövcud olan dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırmaq, eləcə də paytaxt və bölgələrdən olan iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə təşkil olunmuş tədbirə Bakı şəhərində fəaliyyət göstərən sahibkarlar da qatılıblar. 

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Marsol Group”un təsisçisi və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev çıxış ediblər. Çıxışlarda sahibkarlara göstərilən dəstək və xidmətlər, o cümlədən dövlətin güzəştli kreditləri, subsidiyalar, biznesin maliyyələşdirilməsi sahəsində yeniliklər, alternativ maliyyələşdirmə alətləri, bizneslər arasında əməkdaşlıq imkanları, sahibkarlıq fəaliyyəti üçün bölgənin iqtisadi potensialı barədə məlumat verilib. 

Qeyd olunub ki, Şəki kənd təsərrüfatı, sənaye və turizm sahələrində güclü potensiala malikdir. Rayonun ipəkçilik, üzümçülük və meyvəçilik ənənələri bu gün müasir aqrar texnologiyalar və emal sənayesinin inkişafı ilə güclənir. Şəkinin mədəni irsi onu aparıcı turizm məkanına çevirib. İnfrastruktur layihələri və sahibkarlığa dəstək tədbirləri Şəkini investorlar üçün cəlbedici edir. Dövlət dəstəyi və sahibkarlığın inkişafı nəticəsində rayonda yeni təsərrüfatların qurulması məşğulluq səviyyəsini artırır.

Çıxışçılar tərəfindən həmçinin, yerli sahibkarların Bakıdan olan iş adamları ilə əməkdaşlığının genişləndirməsinə, yerli bazarların ehtiyaclarını və tələblərini dərindən araşdırmalarına, rəqəmsal iqtisadiyyatın imkanlardan maksimum istifadə etmələrinə, dövlətin təqdim etdiyi dəstək mexanizmləri barədə məlumatlılığa və bu imkanlardan istifadəyə dair tövsiyələr verilib. 

Tədbir çərçivəsində sahibkarların maliyyə resurslarına çıxışı, lisenziyalar, gübrə idxalı, beynəlxalq yükdaşımalar, regionda fəaliyyət göstərən tədris müəssisəsinin inkişafına dəstək, vergi inzibatçılığı və s. istiqamətlər üzrə müraciətləri və təklifləri dinlənilib, qanunvericiliyin tələbləri və mövcud dəstək alətləri barədə izahat verilib, sualları cavablandırılıb. 

Şəkiyə səfər çərçivəsində KOBİA nümayəndələri rayonun Baş Zəyzid kəndində yerləşən "Zeyzid Glamping" qonaqlama məkanını ziyarət edib. Sahibkarla regionda turizmin inkişafına, biznes fəaliyyətinin genişləndirilməsi imkanlarına və KOBİA-nın dəstəyinə dair fikir mübadiləsi aparılıb.

Powered by Froala Editor