Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
“RobotChallenge 2026” beynəlxalq çempionatının milli mərhələsinə qeydiyyat başlayıb 18.03.26
“RobotChallenge 2026” beynəlxalq çempionatının milli mərhələsinə qeydiyyat başlayıb

“RobotChallenge” gənclərə qlobal səviyyədə tanınmaq, beynəlxalq təcrübə əldə etmək və dünyanın ən güclü komandaları ilə rəqabət aparmaq üçün fürsət yaradır.

Gənclər və İdman Nazirliyinin və “Azercell” şirkətinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə dünyanın ən böyük və nüfuzlu robototexnika yarışlarından biri olan “RobotChallenge 2026” beynəlxalq çempionatının milli mərhələsi keçiriləcək.

Milli mərhələ 13–14 iyun tarixlərində Bakı Kristal Zalında təşkil olunacaq. Yarışda iştirak etmək istəyən komandalar www.robotchallenge.az saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün son tarix 17 maydır.

“RobotChallenge 2026”nın milli mərhələsinin qalibləri Çində keçiriləcək beynəlxalq final mərhələsində Azərbaycanı təmsil etmək imkanı qazanacaqlar. Bu, gənclərə qlobal səviyyədə tanınmaq, beynəlxalq təcrübə əldə etmək və dünyanın ən güclü komandaları ilə rəqabət aparmaq üçün fürsət yaradır.

2004-cü ildən etibarən keçirilən “RobotChallenge” 80-dən çox ölkədən minlərlə iştirakçını bir araya gətirən qlobal texnologiya festivalıdır. Yarışma gənclərin yaradıcı potensialının üzə çıxarılması, texniki bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin komanda ilə işləmə qabiliyyətlərinin gücləndirilməsini hədəfləyir.

Yarış çərçivəsində iştirakçı komandalar robotlarını sıfırdan dizayn edir, proqramlaşdırır və müxtəlif texniki tapşırıqlar əsasında yarışdırırlar. Bu platforma gənclərə innovativ düşüncə, mühəndislik bacarıqları və texnoloji yaradıcılıq nümayiş etdirmək imkanı yaradır. “RobotChallenge” yalnız bir yarış deyil, eyni zamanda gələcəyin mühəndisləri, ixtiraçıları və texnologiya liderləri üçün mühüm inkişaf mərhələsidir.

Powered by Froala Editor