Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub Böyük uğurlara iddialı yerli startaplar: onlar gündəlik həyatı asanlaşdırmağı hədəfləyir Sahibkarların Şəmkirdə qəbulu keçiriləcək WUF13-ün “Urban Expo” sərgisində KOBİA da iştirak edir WUF13 çərçivəsində Biznes Assambleyasının sessiyası keçirilib Daxili bazar araşdırmasının istiqaməti nəyə əsasən müəyyən edilir? WUF13 çərçivəsində KOBİA panel müzakirə təşkil edəcək Regionlarda sahibkarlarla sahəvi görüşlər davam edir WUF13: Sahibkarlar və startaplar üçün yeni imkanlar
Sahibkar: “Sədərək” ticarət mərkəzindən olan sifarişlər sahiblərinə “ağıllı” poçt qutuları ilə çatdırılır 14.02.24
Sahibkar: “Sədərək” ticarət mərkəzindən olan sifarişlər sahiblərinə “ağıllı” poçt qutuları ilə çatdırılır

Azərbaycanda onlayn ticarətin və alış-verişin sürətlə yayıldığı bir vaxtda, bu sahədə yeni ideyalar və biznes üsulları ortaya çıxır. Bu məqsədlə karqo və internet sifarişlərinin avtomatlaşdırılmış poçt qutularından növbəsiz və kontaktsız götürülməsini təmin edən “Smartpost” adlı startap fəaliyyətə başlayıb. “Ağıllı” poçt qutularının istehsalı və istismarına görə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Smartpost” MMC-yə sahibkarlara vergi güzəştləri verən "Startap" şəhadətnaməsi verib. Şirkətin fəaliyyəti barədə AZƏRTAC-a danışan startap rəhbəri Samir İsmayılov qeyd edib ki, yeni layihənin yaradılmasında məqsəd indiyədək kuryerlər vasitəsilə birbaşa evə çatdırılan daşımaları müəyyən dərəcədə əvəz etməkdir.

- Sifarişlər evə deyil, xüsusi poçt qutuları olan “Kargomat”a gətirilir

- Layihənin ideyası Bakının və respublikanın digər şəhər və rayonlarının müxtəlif yerlərində avtomatlaşdırılmış karqo-poçt qutularının quraşdırılmasından ibarətdir. Bu qutular bir növ terminal və ya avtomatik poçt qutusu rolunu oynayır. “Kargomat” - avtomatlaşdırılmış poçt qutusu sayılır. Hər hansı bir şəxsin sifarişləri bu qurğulara çatdırılır, sifarişin sahibi isə onu bu qutudan götürə bilir. Xidmətə qoşulan karqo şirkətləri və internet mağazalar texniki işlər bitəndən sonra sifarişlərini “Kargomat”ı idarə edən şirkətə təhvil verir və müştərilərin seçiminə uyğun olaraq hansı “Kargomat”ı seçibsə sifarişi ora qoyur. Ümumiyyətlə, müştəri hansı karqo şirkətinin və ya internet mağazanın xidmətindən faydalanırsa, sifarişləri şəxsi kabinetindən istədiyi “Kargomat” terminalına göndərə bilər. Sifariş “Kargomat” terminalına yerləşdiriləndən sonra bu barədə müştəriyə SMS göndərilir, SMS-də altırəqəmli şifrə olur. Müştəri terminala yaxınlaşaraq şifrəni daxil edir və avtomatik olaraq məhz ona məxsus qapı açılır və müştəri oradan öz sifarişini götürür.

- Sözügedən layihə artıq bir ildir fəaliyyət göstərir və xeyli sayda istifadəçisi mövcuddur

- Pandemiyadan əvvəl yaranan fikir 2023-cü ildə işə salınıb. “Kargomat”ın ideyası əslində pandemiyadan əvvəl yaranıb. Lakin pandemiya bu işləri gecikdirdi. Bu layihənin yaradılmasında məqsəd isə insanlara yeni nəsil çatdırılma növünü təqdim etməkdir. Söhbət ondan gedir ki, bu variantda insanların evinə kuryer getmir, eləcə də müştərinin özünün hansısa ofislərə, karqo şirkətlərinə, ya da mağazalara getməsinə ehtiyac qalmır, onlar öz sifarişlərini onlara yaxın “Kargomat”lardan götürə bilirlər. Hazırda layihənin iki növ tərəfdaşı var - bunlar karqo şirkətləri və internet mağazalar, elektron ticarətlə məşğul olan kiçik və orta sahibkarlardır. “Kargomat”ın ən maraqlı tətbiq istiqaməti “Sədərək” ticarət mərkəzindən malların gətirilməsidir. Hazırda ticarət mərkəzində fəaliyyət göstərən iş adamları ilə müqavilələr imzalanır və həmin sifarişləri “Kargomat”dan əldə etmək mümkündür. Son 1 ay ərzində “Sədərək” ticarət mərkəzində 50 mağaza ilə əməkdaşlıq müqavilələri imzalanıb və artıq “Kargomat”la çatdırılmalar həyata keçirilir.

- Bəs “Kargomat”da qiymətlər necədir?

- Bakı şəhərində çatdırılma qiymətləri karqo şirkətləri üçün 68 qəpikdən 90 qəpiyədək, internet mağazaları üçün isə 1,69 manatdan 2,94 manatadək dəyişir. Çatdırılma müddəti isə sifariş verilən andan etibarən 30 dəqiqə ilə 4 saat arasında dəyişir. Ən gec 4 saat ərzində bütün sifarişlər terminallara yerləşdirilir. Burada növbə yoxdur. Karqo şirkətlərində olduğu kimi növbə gözləmirlər. Demək olar ki, bütün terminallar 7/24 prinsipi ilə çalışır. Terminallar supermarketlərdə, iş mərkəzlərində, vağzallarda, insanların ən çox olduğu, vaxtlarını keçirdiyi yerlərdə quraşdırılır. Belə prinsiplə işləyən startaplar indiyədək dünyanın bir çox ölkələrində (Avropa, Amerika) tətbiq edilib. Layihənin həyata keçirilməsində KOBİA-nın böyük dəstəyi olub.

https://azertag.az/xeber/sahibkar_sederek_ticaret_merkezinden_olan_sifarisler_sahiblerine_agilli_pocht_qutulari_ile_chatdirilir-2917360

Powered by Froala Editor