Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Sahibkarlar arasında mini futbol turniri keçiriləcək 17.09.21
Sahibkarlar arasında mini futbol turniri keçiriləcək

Sahibkarlar arasında yeni əlaqələrin qurulması və əməkdaşlığın genişləndirilməsi, eləcə də sağlam həyat tərzinin təşviqi məqsədilə mini futbol turniri keçiriləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol” MMC-nin tərəfdaşlığı, “Qolat Sport Services”in təşkilatçılığı və “Modern Hospital”ın dəstəyi ilə təşkil olunan turnirdə müxtəlif sahibkarlıq subyektlərinin əməkdaşlıarından ibarət komandalar iştirak edəcək.

 

Sentyabrın 17-də mini futbol turnirinin püşkatma mərasimi keçirilib. KOBİA-nın İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, “Marsol” MMC-nin təsisçisi Tural Mustafayev və digər tərəfdaş qurumların nümayəndələrinin və sahibkarlıq subyektlərinin iştirakı ilə keçirilmiş tədbirdə turnir barədə məlumat verilib. Qeyd edilib ki, sentyabrın 26-da start götürəcək turnirdə 32 komanda yarışacaq.

 

Turnirin qalibləri kubok, medal və digər mükafatlarla təltif olunacaqdır. 

Powered by Froala Editor