Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Sahibkarlar arasında minifutbol turniri keçiriləcək 10.11.22
Sahibkarlar arasında minifutbol turniri keçiriləcək

Noyabrın 8-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “Marsol” MMC-nin tərəfdaşlığı, “QOLAT Sport Services”in təşkilatçılığı və “Tekaz” MMC-nin baş sponsorluğu ilə minifutbol turniri - “Zəfər Kuboku”nun püşkatma mərasimi keçirilib. 

Turnirdə müxtəlif sahibkarlıq subyektlərinin əməkdaşlarından ibarət komandalar iştirak edir. 

KOBİA-nın İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası vitse-prezidenti Vüqar Zeynalov, “MARSOL” MMC-nin təsisçisi Tural Mustafayev və digər tərəfdaş qurumların nümayəndələrinin və sahibkarlıq subyektlərinin iştirakı ilə keçirilmiş tədbirdə turnir barədə məlumat verilib. Qeyd olunub ki, 27 noyabr tarixində start götürəcək turnirdə 32 komanda iştirak edəcək. 

Turnirin qalibləri kubok, medal və digər mükafatlarla təltif olunacaqdır. 

Powered by Froala Editor