Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Sahibkarlar elektrik qurğularının və sənaye qaz qurğularının istismarına icazə sənədi üçün “Bakı KOB evi”nə müraciət edə bilərlər 06.02.23
Sahibkarlar elektrik qurğularının və sənaye qaz qurğularının istismarına icazə sənədi üçün “Bakı KOB evi”nə müraciət edə bilərlər

Sahibkarlar Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən göstərilən xidmətlər - gücü 150 kilovatdan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı və sənaye qaz qurğularının istismarına icazənin alınması üçün “Bakı KOB evi”nə müraciət edə bilərlər. 

Sözügedən xidmətlərə edilən müraciətlərə qanunvericilikdə müəyyən edilmiş müddət ərzində baxılaraq nəticəsinə dair yekun sənəd “Bakı KOB evi”ndə sahibkarlara təqdim edilir.

Qeyd edək ki, Nərimanov rayonu ərazisində yerləşən (Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) “Bakı KOB evi”ndə sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum tərəfindən 250-dən çox xidmət göstərilir. Sahibkarlar biznesin qeydiyyatı, biznes fəaliyyəti zamanı lazım olan zəruri sənədlər (lisenziya və müxtəlif icazələr), vergi və gömrük məsələləri, kommunal xidmətlərə qoşulma, güzəştli maliyyə vəsaitlərinə çıxış, notariat, bank, sığorta, lizinq və digər xidmətlər üçün “Bakı KOB evi”nə müraciət edə bilərlər. 

Powered by Froala Editor