Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər 07.08.26
Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər

2026-cı ilin I yarısında KOB evlərində sahibkarlara daha çox yükdaşımalar üçün icazə blankı, fərqlənmə nişanı, poçt göndərişləri, mənşə sertifikatı, vergi və gömrük məsələləri ilə bağlı xidmətlər göstərilib.  

2026-cı ilin yanvar-iyun aylarında KOB evlərində sahibkarlara daha çox Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (129698 xidmət), “Azərpoçt” MMC (46020 xidmət), Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (29867 xidmət), Dövlət Gömrük Komitəsi (14481 xidmət) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (13962 xidmət) tərəfindən dövlət-biznes (G2B) xidmətləri göstərilib. Ümumilikdə cari ilin I yarısında bu beş qurum tərəfindən KOB evlərində biznes subyektlərinə 234 mindən çox xidmət təqdim edilib.

Sahibkarlar adıçəkilən qurumlara yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, poçt göndərişləri, mənşə sertifikatı, vergi və gömrük məsələləri, müxtəlif icazə sənədlərinin verilməsi ilə bağlı müraciət ediblər.

Qeyd edək ki, 2026-cı ilin yanvar-iyun ayları ərzində KOB evlərində (Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərləri) sahibkarlara ümumilikdə 312365 xidmət göstərilib ki, bunlardan 271996-sı G2B, 40369-u B2B xidmətlər olub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan KOB evlərində sahibkarlara biznesə başlamaq və biznesi inkişaf etdirmək üçün ümumilikdə 50-yə yaxın dövlət və özəl qurum tərəfindən 400-dən çox xidmət göstərilir.

Powered by Froala Editor