Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Sahibkarlar Şuşa şəhərində olublar 01.08.23
Sahibkarlar Şuşa şəhərində olublar

Şuşa şəhərinə təşkil olunan səfər çərçivəsində sahibkarlar burada görülən yenidənqurma və bərpa işləri, şəhərin investisiya imkanları ilə yerində tanış olublar. 

Şuşa şəhərində həyata keçirilən yenidənqurma və bərpa işləri, həmçinin investisiya imkanları ilə tanışlıq məqsədilə sahibkarların səfəri təşkil olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), "İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası" İctimai Birliyinin və "Marsol Group"un birgə təşkilatçılığı ilə təşkil olunmuş səfərdə iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən 40-dan çox iş adamı iştirak edib. 

Sahibkarların Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəhbərliyi ilə görüşündə idarənin icraçı direktoru Tural Novruzov Şuşada həyata keçirilən bərpa-quruculuq işləri, icrasına başlanılan və planlaşdırılan layihələr, dövlət və özəl sektorun bu sahədə rolu, sahibkarlar üçün investisiya imkanları, KOBİA-nın departament müdiri Elnur Əliyev isə bölgədə biznesə başlamaq istəyən iş adamları üçün müraciət prosedurları barədə məlumat verib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.  

Powered by Froala Editor