Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Sahibkarlar üçün məsləhət xidmətləri davam edir 08.09.26
Sahibkarlar üçün məsləhət xidmətləri davam edir

Bakı şəhəri, eləcə də ətraf şəhər və rayonlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan və biznes ideyasını reallaşdırmaq istəyən şəxslər müxtəlif istiqamətlər üzrə məsləhət xidmətlərindən yararlana bilərlər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan Bakı KOB İnkişaf Mərkəzi (Bakı KOBİM) tərəfindən göstərilən məsləhət xidmətləri sahibkarların bilik və bacarıqlarının artırılmasına, biznes proseslərinin daha səmərəli təşkilinə, düzgün biznes qərarlarının qəbul edilməsinə və inkişaf imkanlarının genişləndirilməsinə dəstək məqsədi daşıyır. 

Məsləhət xidmətləri əsasən aşağıdakı istiqamətlər üzrə göstərilir:

-biznesin planlaşdırılması və idarə olunması;

-biznes planlarının hazırlanması;

-fərdi biznes məsləhətləri və biznes diaqnostikası;

-marketinq və satış strategiyalarının hazırlanması;

-insan resurslarının idarə edilməsi;

-startaplara hüquqi və sənədləşmə məsələləri üzrə dəstək;

-korporativ idarəetmə və daxili prosedurlar üzrə metodoloji dəstək;

-əməyin mühafizəsi və iş təhlükəsizliyi;

-maliyyə resurslarına çıxış və dövlət dəstək proqramlarına müraciət üzrə mentorluq;

-qadın sahibkarlar üçün brend inkişafı üzrə dəstək;

-təqdimat və kommunikasiya bacarıqlarının inkişafı və s. 

Məsləhət xidmətləri sahibkarların və biznesə başlamaq istəyən şəxslərin Bakı KOBİM-ə müraciəti əsasında onlayn və oflayn formatlarda göstərilir və ödənişsizdir.

Sahibkarlıq fəaliyyətinə başlamaq və ya mövcud biznesini inkişaf etdirmək istəyən şəxslər baki.kobim.az saytı vasitəsilə elektron müraciət edə və ya (+994 55) 505 20 09 nömrəsi ilə əlaqə saxlayaraq məsləhət xidmətlərindən yararlana bilərlər. 

Ünvan: Bakı KOBİM (Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə, “Bakı KOB evi”nin 2-ci mərtəbəsi).

Powered by Froala Editor