Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Sahibkarlar vahid məkanda – KOB evlərində xidmət almağa üstünlük verirlər 04.08.25
Sahibkarlar vahid məkanda – KOB evlərində xidmət almağa üstünlük verirlər

Cari ilin I yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə KOB evlərində göstərilmiş xidmətlərin sayı 23,2% artıb.  

2025-ci ilin yanvar–iyun aylarında KOB evlərində sahibkarlara göstərilmiş xidmətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 23,2% artıb. Belə ki, 2024-cü ilin I yarısında KOB evlərində sahibkarlara ümumilikdə 208 194 xidmət göstərildiyi halda, cari ilin eyni dövründə bu göstərici 256 437 təşkil edib. Artım "Yevlax KOB evi" üzrə 31,2%, "Xaçmaz KOB evi" üzrə 6,8%, "Bakı KOB evi" üzrə isə 6,7% olub. 

Bu dövrdə sahibkarlara KOB evlərində göstərilmiş dövlət-biznes (G2B) və biznes-biznes (B2B) xidmətlərinin ümumi sayında da artım müşahidə edilib: müvafiq olaraq 22,8% və 26,7%. 

KOB evlərinə sahibkarların marağının artması, onların bir məkanda müxtəlif xidmətlərə asan çıxış əldə etməsi, prosesin sürətli, şəffaf və sahibkar məmnunluğu prinsiplərinə əsaslanmaqla təşkil olunması, həmçinin biznes subyektlərinin vaxt və xərclərinə qənaət imkanı ilə bağlıdır.

Qeyd edək ki, 2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən Azərbaycanın KOB evi modeli qabaqcıl innovativ təcrübə və nümunəvi model kimi qiymətləndirilərək, tətbiqi təşkilata üzv ölkələrə tövsiyə edilib. Artıq bir sıra ölkələr Azərbaycanın KOB evi modelinə maraq göstərirlər. Belə ki, KOB evləri ilə bağlı təcrübə mübadiləsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Qazaxıstanın Beynəlxalq Sahibkarlar Birliyi “KIT” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Powered by Froala Editor