Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Azərbaycan Ticarət Forumu keçirilib “KOB FEST” sərgi-satış yarmarkası bu dəfə Naxçıvanda Ukrayna-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası keçirilib Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 5-ci iclası keçirilib Azərbaycan Halal Biznes və Turizm Forumu keçiriləcək Azərbaycanda kiçik və orta bizneslərin rəqəmsallaşması proqramı fəaliyyətə başlayıb Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində məhsul və xidmətlərini tanıtmaq istəyən KOB-ların nəzərinə! Qanvermə aksiyası keçirilib KOBİA nümayəndələri ABŞ-də səfərdə olublar KOB evləri – operativlik, şəffaflıq və rahatlığın birləşdiyi məkan - REPORTAJ
Sahibkarların KOB evlərinə müraciətləri və marağı artır 19.09.24
Sahibkarların KOB evlərinə müraciətləri və marağı artır

Bu ilin ötən dövründə Bakı, Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərən KOB evlərində sahibkarlara ümumilikdə 300 minə yaxın xidmət göstərilib.

Sahibkarların fəaliyyətinin müxtəlif dövrlərində dəstək və xidmətlərə ehtiyacı yaranır. Biznesə göstərilən dövlət xidmətlərinin yaxşılaşdırılması, bu xidmətlərə asan və rahat çıxışın təmin olunması, sahibkar məmnunluğunun artırılması məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturunda KOB evləri yaradılıb. KOB evlərində xidmətlərin vahid məkanda təqdim ediməsi sahibkarın vaxtına qənaet edir, əməliyyat xərclərini azaldır. Xidmətlərin şəffaf və operativ təşkili sahibkar məmnunluğunu artırır, xidmət səviyyəsini ölçüləbilən edir.

Bu ilin ötən dövründə Bakı, Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərən KOB evlərində sahibkarlara ümumilikdə 300 minə yaxın xidmət göstərilib. Bu xidmətlərin 268 minə yaxını dövlət qurumları, 32 mindən çoxu isə özəl qurumlar tərəfindən göstərilən xidmətlərdir. 

Bu dövrdə sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları, mənşə sertifikatı, vergi və gömrük məsələri, komunal xidmətlər və s. üçün müraciət ediblər. 

Sahibkarların xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir. 

Müşahidələr göstərir ki, sahibkarların KOB evlərinə müraciətləri və marağı artmaqdadır. 

Təsadüfi deyildir ki, cari ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən keçirilən müsabiqədə Azərbaycanın KOB evi modeli innovativ təşəbbüs olaraq seçilib (https://oecd-opsi.org/innovations/single-support-service-model-for-smes-sme-house/). 

Beynəlxalq təşkilat KOB sektorunun inkişafına töhfə vermək üçün dövlət və özəl qurumların imkanlarının vahid məkanda – KOB evlərində birləşdirilməsi və əlaqələndirilməsini unikal model kimi qiymətləndirir. Mərkəzin ekspertləri tərəfindən KOB evi modelinin innovativliyi burada KOB-ların inkişafını dəstəkləyən kompleks xidmət təminatı, ehtiyaclara uyğun çevik yanaşmanın olması kimi amillərlə əlaqələndirilir. 

İƏİT-in 2011-ci ildə yaradılmış Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi  dövlət sektorunda qabaqcıl innovasiyaların tətbiqinə və təbliğinə dəstək verən qlobal forumdur. Mərkəzin saytında 2003-cü ildən ideyaların və yeniliklərin paylaşıldığı bölmə fəaliyyət göstərir. Burada dünyanın 90-dan çox ölkəsi, o cümlədən Azərbaycan üzrə innovativ təşəbbüslərin qiymətləndirilməsi nəticələri barədə məlumatlar qeyd olunur (https://oecd-opsi.org/case_type/opsi/). 

KOB evlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Xaçmaz rayonunun Xudat şəhərində və Gəncə şəhərində KOB evlərinin təşkili işləri yekunlaşmaq üzrədir.

Powered by Froala Editor