Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün müsabiqə keçirilir Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək Milli Qurtuluş Günü ilə bağlı KOBİA-da tədbir keçirilib Sahibkarlar üçün birgə maliyyələşdirmə proqramı “Şuşa KOB evi”ndə cari ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib Sahibkarların müraciət və təklifləri dinlənildi Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib KOBİA heyəti Slovakiyada biznes əməkdaşlığının genişləndirilməsi istiqamətində görüşlər keçirib İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
Sahibkarların təkliflərinə İqtisadiyyat üzrə İşçi Qrupunda baxılır 31.03.20
Sahibkarların təkliflərinə İqtisadiyyat üzrə İşçi Qrupunda baxılır

Məlumat verildiyi kimi, koronavirus (COVİD-19) pandemiyasının sahibkarlığa təsirlərinin araşdırılması məqsədilə turizm, ictimai iaşə, ticarət, nəqliyyyat-logistika, özəl məktəbəqədər təhsil, hazırlıq kursları, idman-sağlamlıq və s. sektorlarda fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə videokonfrans formatında təşkil olunmuş müzakirələrdə Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Kiçik və Orta Biznesin İnkişafı, Dövlət Turizm, Bakı Nəqliyyat agentliklərinin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Kondererasiyasının nümayəndələri iştirak ediblər.

Müzakirələrdə koronavirusun iqtisadiyyatın müxtəlif sektorlarına təsirləri, yaranmış çətinliklərdən çıxış yolları və görüləcək tədbirlər barədə müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib.

Biznez nümayəndələrinə koronavirus pandemiyasının iqtisadiyyata, o cümlədən sahibkarlğa təsirlərinin minimuma endirilməsi istiqamətində görülən işlər və nəzərdə tutulan tədbirlərin istiqamətləri barədə məlumat verilib, sahibkarların mövcud şəraitdə sosial məsuliyyət prinsipindən çıxış edərək, işçilərin işdən azad edilməsi və ixtisarı hallarına yol verməmələri tövsiyə olunub.

Müzakirələr zamanı sahibkarlar tərəfindən vergi güzəştləri və tətillərinin tətbiqi, sosial müdafiə ödəmələrinin təxirə salınması, kredit öhdəliklərinin, icarə xərclərinin ertələnməsi və s. barədə təkliflər səsləndirilib.

Müzakirələrdə sahibkarlar tərəfindən səsləndirilən təkliflərə hazırda İqtisadiyyat üzrə İşçi Qrupunda baxılır.

Qeyd edək ki, koronavirus infeksiyasının iqtisadiyyatın müxtəlif sektorlarına təsirlərinin öyrənilməsi məqsədilə keçirilmiş onlayn müzakirələrə ümumilikdə, 200-dən çox sahibkarlıq subyekti qoşulub, 700-dən çox sahibkar arasında sorğular aparılıb.

Powered by Froala Editor