Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir
Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub 06.07.26
Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub

Biznes subyektləri ilə istehsal müəssisələrinin yaradılmasına, ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlərin təşviqinə, xarici kapitallı biznesin qurulmasına dəstək və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. 

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə regionda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə sənaye, balıqçılıq, ictimai iaşə, kənd təsərrüfatı və s. sahələrdə fəaliyyət göstərən 120-yə yaxın sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.


Görüşdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bölgədə sahibkarlıq fəaliyyəti üçün imkanlar, dövlətin dəstək alətləri, o cümlədən KOBİA-nın xidmət infrastrukturu və dəstək mexanizmləri barədə məlumat veriblər. Qeyd olunub ki, hazırda rəqəmsal texnologiyaların tətbiqi, istehsalın səmərəliliyinin artırılması, KOB subyektlərinin dəyər zəncirinə inteqrasiyası və yaşıl iqtisadiyyatın genişləndirilməsi əsas inkişaf istiqamətləridir. Azərbaycanın əsas sənaye və energetika mərkəzlərindən olan Mingəçevirdə istehsal, xidmət və logistika sahələrinin inkişafı, yeni investisiyaların cəlbi və sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur. Şəhərdə fəaliyyət göstərən sənaye müəssisələri və energetika infrastrukturu emal sənayesinin, innovativ istehsalın və xidmət sektorunun inkişafını dəstəkləyir. Mingəçevir sahibkarları da mövcud potensialın reallaşdırılması üçün dövlətin dəstək alətlərindən, o cümlədən KOBİA tərəfindən göstərilən xidmətlərdən yararlana bilərlər. Bunun üçün sahibkarlar KOBİA-ya birbaşa və ya bölgədə fəaliyyət göstərən KOB dostlarına müraciət edə bilərlər. 


Görüşdə sahibkarlarla istehsal müəssisəsinin və işğaldan azad edilmiş ərazilərdə şirniyyat sexinin yaradılmasına, ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlərin təşviqinə, xarici kapitallı biznesin qurulmasına dəstək və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, biznes subyektlərinin təklifləri dinlənilib və sualları cavablandırılıb. 


KOBİA nümayəndələri həmçinin, Mingəçevirdə termal kağız emalı, pellet yanacaq və metal konstruksiyalar istehsalı müəssisələrində olub. Sahibkarlarla biznesin inkişafına dair fikir mübadiləsi aparılıb. Bu müəssisələr müxtəlif vaxtlarda KOBİA-nın daxili bazar araşdırması və sərgilərdə iştirak kimi dəstək mexanizmlərindən faydalanıblar.

Powered by Froala Editor