Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir
Sahibkarlığın hansı hüquqi formaları mövcuddur? 08.05.26
Sahibkarlığın hansı hüquqi formaları mövcuddur?

Sahibkarlar fəaliyyətə başlamazdan əvvəl öz bizneslərinin hüquqi formasını seçməlidirlər. Belə ki, hər hansı şəxs vergi uçotuna durmaqla fərdi sahibkar kimi və ya hüquqi şəxs yaratmaqla biznesinə başlaya bilər. Fərdi sahibkar kimi siz biznesi öz adınızla idarə edirsiniz və bütün məsuliyyət şəxsən sizdə olur. Buna görə də öz əmlaklarınızla risk daşıyırsız. Hüquqi şəxs yaratdıqda isə siz seçdiyiniz təşklati hüquqi formaya uyğun olaraq məsuliyyətinizin dairəsini və hüquqi şəxsdə iştirak payınızı müəyyən edirsiniz. Ən çox istifadə edilən forma olan məhdud məsuliyyətli cəmiyyət formasında riskiniz nizamnamə kapitalına qoyduğunuz iştirak payı ilə məhdudlaşır. Bununla yanaşı, hüquqi şəxsin digər təşkilati-hüquqi formalarından da istifadə edilə bilər. 





Powered by Froala Editor