Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan gənclər təcrübələrini bölüşüblər 27.06.19
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan gənclər təcrübələrini bölüşüblər

İyunun 27-də Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlıq” Gününə həsr olunmuş Gənclər Forumu keçirilib.

Tədbirdə gənclər və sahibkarlar, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Forumda çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov qeyd edib ki, Forumun keçirilməsində məqsəd innovativ biznes layihələri, ideya təklifləri və uğurlu sahibkarlıq fəaliyyəti olan 16-29 yaş kateqoriyasında gəncləri və sahibkarları mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırmaq, cari sahibkarlıq fəaliyyəti ilə məşğul olan gənc sahibkarlara fəaliyyətlərinin genişləndirilməsi üçün imkanlar yaratmaqdır.

KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov Agentliyin fəaliyyəti, KOB-lara göstərilən dəstək tədbirləri və layihələr, eləcə də gənclər arasında sahibkar düşüncə tərzinin təşviqi barədə məlumat verib, gənclərin dünyagörüşünün genişləndirilməsi, ixtisas biliklərinin artırılması, gənclərə peşəkar əmək fəaliyyətinə başlayanadək əmək vərdişlərinin aşılanması məqsədilə Agentlikdə “KOB Könüllüləri” Proqramının həyata keçirildiyini bildirib.

Tədbir çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün təşkil olunmuş məlumatlandırma sessiyasında gənc sahibkarlar - Elvin Dadaşsoy, Sara Rəcəbli, Hüseyn Hümbətov gənclərlə öz təcrübələrini bölüşüb, sahibkarlıq fəaliyyəti ilə bağlı fikir və tövsiyələrini qeyd ediblər.

Sonra tədbir iştirakçılarına KOBİA-nın və Gənclər Fondunun fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar təqdim olunub, gənclərin sualları cavablandırılıb.

Powered by Froala Editor