Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Samux sahibkarları ilə görüş keçirilib, KOB dostu ofisi fəaliyyətə başlayıb 09.04.24
Samux sahibkarları ilə görüş keçirilib, KOB dostu ofisi fəaliyyətə başlayıb

Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə sayca 4-cü, ölkə üzrə isə 49-cu KOB dostu bugündən Samux və ətraf bölgələrdən olan sahibkarların xidmətindədir. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Samux rayonunda sahibkarlarla görüş keçirilib. Tədbirdə Samux və ətraf bölgələrdən olan 200-ə yaxın sahibkar, eləcə də bölgədə biznes subyektlərinə xidmət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Həmçinin, tədbir çərçivəsində Samux rayonu üzrə KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib. Bu ölkə üzrə sayca 49-cu KOB dostu ofisidir. Samux KOB dostu ofisi Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə Gəncə, Daşkəsən və Göygöldən sonra sayca 4-cü ofisdir.

Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev rayonda sahibkarlıq fəaliyyəti və investisiya qoyuluşu üçün imkanlar, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov isə Agentliyin dəstək və xidmətləri, KOB dostu mexanizmi barədə fikirlərini bölüşüblər. 

Görüş çərçivəsində sahibkarların çətinliklərinə və ehtiyaclarına dair fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, KOBİA-nın sahibkarlara göstərdiyi dəstək barədə filmlər nümayiş olunub. 

Sonra tədbir iştirakçıları Samux rayon Heydər Əliyev Mərkəzində yerləşən KOB dostu ofisində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olublar. 

Powered by Froala Editor