Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Şanxayda KOBİA və SCODA arasında Anlaşma Memorandumu imzalanıb 07.11.23
Şanxayda KOBİA və SCODA arasında Anlaşma Memorandumu imzalanıb

KOBİA və SCODA arasında imzalanmış sənəd hər iki ölkənin KOB-ları arasında ticarət və investisiya sahəsində əməkdaşlığın təşviqi üçün birgə tədbirləri nəzərdə tutur.

Azərbaycan nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində Şanxay şəhərində keçirilən 6-cı Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Çin-Şanxay Əməkdaşlıq Təşkilatı Yerli İqtisadi və Ticarət Əməkdaşlıq Nümayiş Ərazisi (SCODA) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və SCODA İnzibati Komitəsinin direktor müavini Hao Quosin imzalayıblar. 

Sənəd hər iki ölkənin KOB-ları arasında ticarət və investisiya sahəsində əməkdaşlığın təşviqi üzrə birgə tədbirləri, o cümlədən KOB-lara xidmətlərin göstərilməsi sahəsində təcrübə, keçirilən sərgi və digər tədbirlər, iqtisadi və ticarət fəaliyyətləri, əməkdaşlıq imkanları barədə informasiya mübadiləsi, qarşılıqlı olaraq yerli tərəfdaşların tövsiyə edilməsi kimi tədbirləri nəzərdə tutur. 

Powered by Froala Editor