Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Şəkidə keçirilən “KOB FEST” sərgi-satış yarmarkasında 70-dən çox KOB subyektinin məhsul və xidmətləri sərgilənir 18.07.24
Şəkidə keçirilən “KOB FEST” sərgi-satış yarmarkasında 70-dən çox KOB subyektinin məhsul və xidmətləri sərgilənir

Yarmarka bölgəyə xas məhsulların tanıdılması, KOB-ların satış imkanlarının genişləndirilməsi, yerli KOB-lar arasında əməkdaşlığın qurulması baxımından əhəmiyyətlidir. 

 

Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Şəki şəhərində keçirilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən yarmarkada Qax, Balakən, Şəki və Qəbələdən olan 70-dən çox mikro və kiçik sahibkarın məhsul və xidmətləri nümayiş olunur. Yarmarkada ipək kələğayı və xalçalar, lavanda, bal və arıçılıq məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş məhsullar, keramika, suvenir və bijuteriyalar, sərinləşdirici içkilər, müxtəlif əl işləri, rəssamlıq nümunələri, dəri üzərində tikmə, taxta üzərində oyma və s. məhsullar sərgilənir və satışı həyata keçirilir.

Yarmarkanın açılış mərasimində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Milli Məclisin 6-cı çağırış millət vəkili Vüqar İskəndərov tədbirin bölgəyə xas olan məhsulların tanıdılması, KOB-ların satış imkanlarının genişləndirilməsi, yerli KOB-lar arasında əlaqələrin qurulması baxımından faydalı olduğunu qeyd ediblər.

Sərgi-satış yarmarkası iyulun 20-dək hər gün saat 10.00-dan 18.00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, “KOB FEST” sərgi-satış yarmarkaları regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması, satışına dəstək olmaq, istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə keçirilir. Ölkənin müxtəlif şəhər və rayonlarında təşkil olunan “KOB FEST”lərdə məhsul və xidmətlərini təqdim etmək və satış imkanlarını genişləndirmək istəyən KOB subyektləri üçün lazımi şərait yaradılır, bütün xərclər dövlət dəstəyi hesabına qarşılanır.

Növbəti “KOB FEST” sərgi-satış yarmarkasının Gəncə şəhərində keçirilməsi planlaşdırılır. 

Powered by Froala Editor