Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev zirvəsi” Partlayış təhlükəli mühitlər üçün avadanlıqlar, partlayıcı maddələr və məmulatlar, izafi təzyiq avadanlıqları, fərdi və yanğından mühafizə vasitələrinə dair texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılacaq “Qarabağ KOB-ları” layihəsi – şəhid ailələri, müharibə iştirakçıları və onların ailə üzvlərinin məşğulluğuna və biznes təşəbbüslərinə dəstək Qars Ticarət və Sənaye Palatasının biznes nümayəndə heyəti üçün Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimat keçirilib KOBİA könüllülük proqramı ilə bağlı nəticələri açıqlayıb: 850-yə yaxın gənc real iş mühitində təcrübə qazanıb Naxçıvanda 2-ci Azərbaycan-Türkiyə Regional İqtisadi Forumu keçirilib KOBİA startap yarışları ilə yerli layihələrin investorlar üçün cəlbediciliyini artırır KOBİA startapların inkişafı üçün yeni proqramlar tətbiq edəcək Xarici investorların Azərbaycan startaplarına marağı artıb Sənaye, kənd təsərrüfatı və nəqliyyat sahələri üzrə texniki reqlament layihələrinin ictimai müzakirəsi keçirilib
Şəkidə “KOB Dostu” fəaliyyətə başlayıb 30.05.19
Şəkidə “KOB Dostu” fəaliyyətə başlayıb

Şəki şəhərində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) fəaliyyətə başlayıb. Bununla da artıq Şəki-Zaqatala iqtisadi rayonu üzrə Qəbələ və Şəki şəhərlərində olmaqla KOB dostlarının sayı 2-yə çatıb.

Bununla əlaqədar Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

Tədbirdə çıxış edən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkə başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı, Şəkidə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb, “KOB Dostu” mexanizminin sahibkarlara və sahibkarlıq fəaliyyətinə yeni başlayanlara böyük dəstək olacağını qeyd edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında Agentliyin fəaliyyəti və “KOB Dostu” mexanizmi barədə məlumat verib, Azərbaycan Respublikası Prezidentinin “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” strateji xəttinə uyğun olaraq, “KOB Dostu" mexanizminin dövlət-sahibkar əməkdaşlıq platforması əsasında formalaşan önəmli layihələrdən olduğunu diqqətə çatdırıb. Bildirilib ki, “KOB Dostu” fəaliyyət göstərdiyi şəhər və rayonlarda mikro, kiçik və orta biznes subyektlərinin təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılmasına, yeni KOB subyektlərinin yaradılması və inkişafına, eləcə də KOB-ların hüquqlarının müdafiəsinə dəstək göstərir. Artıq Şəki-Zaqatala iqtisadi rayonunda Qəbələ və Şəkidə olmaqla 2 “KOB Dostu” fəaliyyət göstərir. İqtisadi regionun digər şəhər və rayonlarında da KOB dostlarının təşkili nəzərdə tutulur. Ümumilikdə isə, hazırda ölkənin 13 şəhər və rayonunda KOB dostları fəaliyyət göstərir.

Sonra “KOB Dostu” ilə bağlı təqdimat keçirilib, fəaliyyət istiqamətləri və sahibkarlara göstərəcəyi xidmətlər barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Tədbir iştirakçıları Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “KOB Dostu” ofisi ilə tanış olublar. Ofisdə sahibkarlara xidmətlərinin göstərilməsi üçün lazımi şərait yaradılıb. Burada “KOB Dostu” ilə birgə “KOB könüllüləri” də fəaliyyət göstərəcəkdir.

Powered by Froala Editor