Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Səudiyyə Ərəbistanında Dəyirmi Masa keçirilib 01.03.25
Səudiyyə Ərəbistanında Dəyirmi Masa keçirilib

Tədbirdə biznes əlaqələrinin genişləndirilməsinə, potensial sektorlar üzrə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. 

 

Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilən “2-ci Məkkə Halal Forumu” çərçivəsində iş adamlarının iştirakı ilə Səudiyyə Ərəbistanı-Azərbaycan Dəyirmi Masası təşkil olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan tərəfindən kənd təsərrüfatı, qida, sənaye, turizm və xidmət sektorları üzrə sahibkarlar iştirak ediblər. 


Tədbirdə Səudiyyə Ərəbistanının Mərkəzi Asiya ölkələri üzrə İşgüzar Şurasının sədr müavini Əli Alotaibi və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında biznes və investisiya sahəsində əməkdaşlıq, KOB-lar arasında qarşılıqlı işgüzar əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan məhsullarının Səudiyyə Ərəbistanı bazarına çıxarılması, halal sənaye sahəsində iş adamları arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikirlərini bölüşüblər. 


Dəyirmi masa çərçivəsində biznes nümayəndələri arasında “B2B” görüşlər keçirilib, şirkətlər fəaliyyətləri və əməkdaşlıq imkanları barədə məlumat verib, idxal və ixrac imkanları barədə müzakirələr aparılıb.


Səfər çərçivəsində KOBİA nümayəndələri İslam Ticarət və İnkişaf Palatasının (ICCD) Baş katibi Yusif Xələvi ilə görüşərək halal sənaye, bu il Bakıda AZHAB Forumunun keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Nigeriyanın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palataları Assosiasiyasının prezidenti Jani İbrahim ilə görüşdə isə institusional əməkdaşlığın qurulması və bizneslər arasında əlaqələrin təşviqi müzakirə edilib.

Powered by Froala Editor