Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Startap layihələrin maliyyələşdirilməsi üçün daha bir beynəlxalq şirkətlə görüş keçirilib 03.06.23
Startap layihələrin maliyyələşdirilməsi üçün daha bir beynəlxalq şirkətlə görüş keçirilib

KOBİA və “TA Ventures” şirkəti arasındakı görüşdə yerli startapların maliyyələşdirilməsi sahəsində əməkdaşlıq, perspektiv layihələrə əlavə investisiya qoyuluşu imkanlarına dair fikir mübadiləsi aparılıb. 


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “TA Ventures” şirkətinin təsisçisi və idarəedici tərəfdaşı Viktoriya Tigipko ilə görüşüb. 


Görüşdə KOBİA-nın fəaliyyyəti, o cümlədən startaplarla iş sahəsində gördüyü tədbirlər haqqında məlumat verilib, Agentliyin “TA Ventures” şirkəti ilə yerli startapların maliyyələşdirilməsi sahəsində əməkdaşlıqda maraqlı olduğu vurğulanıb. Görüşdə “Startap” şəhadətnaməsi almış KOB subyektləri ilə bağlı məlumat mübadiləsi və onların şirkətlə əlaqələndirilməsi, ölkəmizdə müxtəlif qrant proqramlarından faydalanmış layihələrin əlavə maliyyələşdirilməsi imkanları müzakirə edilib. 

 


Powered by Froala Editor