Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
“Startap” şəhadətnaməsi kimlərə verilir? 11.07.24
“Startap” şəhadətnaməsi kimlərə verilir?

“Startap” şəhadətnaməsi Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən mikro və kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərə və fərdi sahibkarlara verilir. Müraciətçi mikro və ya kiçik sahibkarlıq subyekti olmadıqda, orta və ya iri sahibkarlıq subyekti olan təsisçilərin hüquqi şəxsdə payının 49 faizdən çox olduğu müəyyən edildikdə və ya rezident vergi ödəyicisi olmadığı məlum olduqda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA tərəfindən “Startap” şəhədatnaməsinin verilməsindən imtina olunması barədə qərar qəbul edilir. 

Qeyd edək ki, “Startap” şəhadətnaməsi innovativ təşəbbüsə əsaslanaraq sahibkarlıq fəaliyyəti həyata keçirən mikro və kiçik sahibkarlıq subyektlərini bu fəaliyyətdən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.



Powered by Froala Editor

Powered by Froala Editor