Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
“Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının tərkibi yenilənib 21.07.23
“Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının tərkibi yenilənib

Startap Ekspertlər Şurasının yeni tərkibdə ilk iclasında ötən 2 ildə mikro və kiçik sahibkarlıq subyektlərinə 100-ə yaxın “Startap” şəhadətnaməsinin verildiyi qeyd edilib.

“Startap” şəhadətnaməsinin verilməsi üzrə daxil olan layihələri dəyərləndirən Ekspertlər Şurasının tərkibi yenilənib. Ekspertlər Şurasında Dövlət Vergi Xidməti, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “Azərbaycanda İnternetin İnkişafı Forumu” İctimai Birliyi, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyi təmsil olunur. Şuraya Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sədrlik edəcək. Ekspertlər Şurası növbəti 2 il müddətinə “Startap” şəhadətnaməsinin verilməsi üzrə KOBİA-ya daxil olan layihələri dəyərləndirəcək və qərar qəbul edəcək. 

Şuranın yeni tərkibdə keçirilmiş ilk iclasında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, şuranın əvvəlki tərkibdə 22 iclas keçirilib, 300-ə yaxın layihəyə baxılıb, mikro və kiçik sahibkarlıq subyektlərinə 100-ə yaxın “Startap” şəhadətnaməsi verilib. Bildirilib ki, bu dəstək mexanizmi Agentliyin qrant dəstək aləti ilə birlikdə ölkədə startap ekosisteminin inkişafında əhəmiyyətli rol oynayır. Startaplar xüsusən son bir neçə ildə KOBİA-nın təşkil etdiyi yerli və beynəlxalq tədbirlərdə aktiv təmsil olunur, Agentliyin müxtəlif dəstək və xidmətlərindən istifadə edirlər. “Bakı KOB evin”ndə fəaliyyət göstərən Startap İnkişaf Mərkəzində startaplara layihələrini inkişaf etdirmələri üçün ortaq iş məkanı yaradılıb. “Startap” şəhadətnaməsi əsasən vergi güzəşti versə də, tərcübə göstərir ki, bu sənəd daha geniş təsir imkanlarına malikdir. 

Sonra “Startap” şəhadətnaməsi üçün Agentliyə daxil olan müraciətlərə baxılıb. 

Qeyd edək ki, “Startap” şəhadətnaməsini almaq üçün sahibkarlıq subyektləri KOBİA-ya müraciət etməlidir. Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na uyğun gələn müraciətlərə Ekspertlər Şurası tərəfindən baxılır və “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilir. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

 

Powered by Froala Editor